"İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır" - Prezident

"Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik".

"Report"un məlumatına əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Pakistanda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib.

O bildirib ki, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır:

"Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik".

İlham Əliyev Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar