Peskovun qızından Trampa - "Paris artıq Paris deyil"

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun qızı Liza Peskova ABŞ Prezidenti Donald Trampın Parislə bağlı sözlərinə dəstək verib.

Axar.az xəbər verir ki, L. Peskova Fransanın paytaxtı Parisin indiki halını tənqid edərək, Trampın "Paris artıq Paris deyil" sözləri ilə həmfikir olduğunu İnstaqram hesabında bildirib.

Qeyd edək ki, D. Tramp Vaşinqtonda tərəfdarları ilə keçirdiyi görüşdə, "Terror hücumlarından sonra Paris artıq Paris deyil" bildirmişdi.

L. Peskova Parisdə afrikalı miqrantların valyuta bürolarında müştəriləri aldadaraq fərqli ödənişlər etdiyini söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar