SABİQ NAZİR POLİS GENERALININ QƏZƏBİNƏ GƏLDİ! - Maşını əlindən alındı! (VİDEO)

tofiq_zulfuqarov_bfe42d470cccAzərbaycanın keçmiş xarici işlər naziri, general rütbəsinə bərabər fövqəladə və səlahiyyətli səfir titulu daşıyan Tofiq Zülfüqarov Bakıda maşınından düşürülüb və avtomobil cərimə meydançasına aparılıb.

Səbəb isə 10 AA 102 dövlət nömrə nişanlı avtomobilə magistral yolda bir qədər gec yol verməsi olub. Nəticədə yol polisi əməkdaşlarına Tofiq Zülfüqarovun ailəsinin də olduğu maşını saxlamaq və cərimə meydançasına aparmaq göstərişi verilib.

Hadisə ilə bağlı Tofiq Zülfüqarovun şəxsi ''facebook'' profilində yazdıqlarını olduğu kimi təqdim edirik:

"Axşamınız xeyir dostlar!

Mən söz vermişdim ki, Ermənistan-Azərbaycan münaqişəsindən başqa mövzulara toxunmayacam, lakin vəziyyət məni istisnalar etməyə vadar edir. Bu axşam öz ailəm ilə birlikdə Mərdəkandakı evimə qayıdırdım. Başıma xoşagəlməz və heyrətamiz hadisə gəldi. Arxamca gələn hansısa maşın, baxmayaraq ki, hərəkət çox intensiv idi və heç bir zolaqlarda yol yox idi, işıq siqnalları verirdi. Əsəbi-isterik vəziyyət yaradırdı. İşıqdan gözümü kor edirdi. İmkan yaranan kimi ona yol verdim və qarşıya buraxdım. Amma bundan sonra həmin maşın da sürəti azaltdı.

Saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımda hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Ötmə əməliyyatı edərək sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çatdı. Maşını saxladım. Polis inspektoru mənə bildirdi ki, qaydaları pozmuşam. Sən demə, bu tipin hansısa böyük bir vəzifəsi var imiş və mənə BMW avtomobilin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı deyim ki, mənim maşınım böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür. Bu video reqistratora da düşüb. Əgər həmin mayak maşının üstündə quraşdırılmış olsaydı, əla görünərdi. Patrul əməkdaşları böyük hörmətlə mənim sənədlərimi yoxladılar, alkoqol testi keçirdilər və içkili olmadığımı gördülər.

Bundan sonra mənə bildirdilər ki, maşında Şəhər Polis İdarəsindən hansısa general var. Dedilər ki, onlara göstəriş verilib ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. "Nə üçün?" sualına isə cavab verdilər ki, heç bir pretenziya formalaşdıra bilmirlər və hətta heç protokol da yazmadılar. Mən onların tələblərini yerinə yetirdim və onlar özləri məni evə gətirdilər. Dediklərimin sübutu üçün maşındakı video reqistratorun qeydlərini də sizə təqdim edirəm. Mənim iki sualım var:

1. Bu hörmətli "cənab" kimdir ki, mən bilmədən onun xətrinə dəymişəm (maşının nömrəsi video reqistrator qeydlərində də görünür).

2. Təcrübəli sürücülər mənim maşın idarə etməyimdə hansı səhvi görə bilərlər? Bax belə bir əhvalat başıma gəlib bu axşam. Çox sevinirəm və bu naməlum general "zatalilərinə" hörmətsizlik etdiyim üçün ailəmin gözü önündə məni güllələtmədiyi üçün təşəkkür edirəm.

Əgər ciddi desək, lap gənc yaşlarımdan mənim bu görünməz generaldan daha böyük imtiyazlarım olub. Lakin mən heç vaxt bu imtiyazlarımdan sui-istifadə etməmişəm. Çox ləyaqətli insanlar olan sürücülərim və mühafizəçilərim "seçilmiş olduqlarını" nümayiş etdirməyiblər. Açığı desəm, mənim səfir rütbəm, ən yüksək diplomatik rütbədir. Bu general rütbəsinə bərabər bir rütbədir. Mənə bu rütbəni 1998-ci il 15 yanvar tarixində Prezident Heydər Əliyev verib və buna görə hər zaman qürur duymuşam".

[caption id="attachment_299819" align="aligncenter" width="555"]sb Səhlab Bağırov[/caption]

Criminal.az-ın əldə etdiyi məlumata görə, 10 AA 102 dövlət nömrə nişanlı avtomobil Bakı Şəhər Baş Polis İdarəsi rəsinin müavini, polis general-mayoru Səhlab Bağırovun xidməti avtomobilidir.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması hadisəsi ilə bağlı açıqlama verib. Lent.az-a danışan general Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib: “Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.

***

Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılmasına Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov münasibət bildirib. 

O, istipress.com saytına açıqlamasında bildirib ki, T. Zülfüqarov problemlə bağlı onun özünə müraciət etsəydi, daha yaxşı olardı: "Tofiq Zülfüqarova qarşı mənim böyük hörmətim var. Amma o bununla bağlı yol polisinə, başda da mən olmaqla, müraciət etsəydi yaxşı olardı. Ən azından tanınmış şəxs olduğundan hamı onun qabağına qaçardı. Sabiq səfirimizə də izah olunacaq idi ki, onu niyə saxlayıblar. Əminəm ki, o, da bizdən çox razı halda gedə bilərdi. Bizim mentalitet belədir ki, tanınmış adama hörmət olunur. Əgər o, bizim şöbəyə gəlsəydi biz onu yüksək səviyyədə qəbul edib və onu maraqlandıran suallarını cavablandıracaqdıq". 

V.Əsədov sabiq nazirin maşınının cərimələnməsini qanuni sayıb. Onun sözlərinə görə, sürücü əgər qaydaları pozubsa, o şəxs cərimələnməlidir: "Əlbəttə hansısa bir səbəbi olub ki, onun maşını cərimə meydançasına aparılıb. Səbəbsiz yerə aparılmazdı".

Polis polkovniki qeyd edib ki, səfir bildirdiyi kimi, ailəsi ilə olmayıb: "Mən kamera qeydlərini yayacam və sübut edəcəm ki, bu növbəti qərəzli polisə qarşı çıxan şəxsdir. Əgər Tofiq müəllim ona qarşı qanuni pozuntular olduğunu hesab edirsə, Dövlət Yol Polisi onu məmnuniyyətlə qarşılamağa hazırdır".

Qeyd edək ki, Tofiq Zülfüqarovun maşınını cərimə meydançasına apartdıran Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar