Rusiyada il ərzində 450 ton sanksiyaaltı ərzaq məhsulu məhv edilib!

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, ötən 2016-cı ildə qonşu ölkədə «Rospotrebnadzor»un xətti ilə 450 ton sanksiyaaltı ərzaq məhsulu məhv edilib.

Bu barədə sözügedən idarənin direktor müavini Mixail Orlov məlumat verib: «Təkcə 2016-cı ildə ölkəyə idxalı qadağan olunmuş 450 tondan artıq məhsul dövriyyədən çıxarılıb».

Xatırladaq ki, 2014-cü ilin avqustunda Rusiya hökuməti Amerika Birləşmiş Ştatlarından (ABŞ) və Avropa İttifaqından (Aİ) ərzaq məhsullarının idxalına məhdudiyyət qoyub. Məlumdur ki, öncə bu ölkələr Rusiyaya qarşı sanksiya tətbiq ediblər.

Beləliklə, ət, kolbasa, balıq və dəniz məhsulları, meyə-tərəvəz, süd məhsulları, qoz-fındıq kimi ərzaq məhsulları qadağa altına düşüb. 2016-cı ilin iyun ayının sonunda Prezident Vladimir Putin 31 dekabr 2017-ci il tarixə qədər kontrsanksiyaların vaxtının uzadılması barədə fərman imzalayıb.

Sanksiyalar və kontrsanksiyalar siyasi gedişdir və dövlətlərin xarici siyasətində bir ştrix kimi başa düşüləndir. Ancaq yüz minlərlə zəhmətkeş kəndlinin alın təri ilə ərsəyə gətirilmiş Allahın nemətini bu ad altında məhv etmək sadəcə, vandalizmdən başqa bir şey deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar