Mario Götze zədə üzündən karyerasını bitirə bilər

Dortmundun "Borussiya" klubunun alman yarımmüdafiəçisi Mario Götze idman karyerasını bitirə bilər.

"Report" xəbər verir ki, həkimlər 24 yaşlı futbolçuda miopatiya xəstəliyi aşkar ediblər.

Miopatiya - əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur. Bu xəstəlik maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.

Götze uzun müddət müalicə kursu keçəcək. Onun təqribi bərpa olma zamanı məlum deyil. Xavbekin futbol karyerasını bitirə biləcəyi tam mümkündür.

Mario peşəkar karyerası ərzində "Borussiya" və "Bavariya"da çıxış edib və bu komandalarla çoxsaylı ölkədaxili titullara yiyələnib. 2014-cü ildə "Qızıl oğlan"ın qolu Almaniyaya Dünya çempionatının finalında Argentina üzərində qələbə qazandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar