Öcalan: “Belə davam edərsə mən əlimi çəkərəm”

“Sülh prosesi belə olmaz. Belə davam edərsə mən əlimi çəkərəm. Heç nəyə qarışmaram, burda oturub izləyərəm”. Bu sözləri PKK-nın qurucusu və ilk lideri Abdullah Öcalan bacısı Fatma Öcalan, dayısı Süleyman Arslanla görüşündə bildirib.

A. Öcalanın dayısı 40 il sonra bacısı oğlunu görmək üçün gəldiyini və sadəcə onunla yarım saat görüşə bildiyini söyləyərək gileylənib. Arslan “Sülh olmadığından canı sıxılmış” ifadələrini işlədib.

Bacısı Fatma Öcalan ailəvi məsələlərdən söhbət açdıqlarını bildirib. O, da görüş müddətinin azlığından şikayət edib.

Xatırladaq ki, Abdullah Öcalan 1999-cu ildə silahlı terror qruplaşması yaratmaq və idarə etməkdə təqsirkar bilinərək edam cəzasına layiq görülmüşdü. Sonradan bu cəza ömürlük həbslə əvəzlənmişdi. Abdullah Öcalan hazırda İmralı həbsxanasında cəza çəkir. anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar