Türk olmayanlar - Türkdən qorxanlar!

mirzeMirzə AĞ

Biri Kaltenbrunnerə oxşayır, digəri isə heç qardaşına da oxşamır…

Yazım, yazmayım? Xeyli fikirləşdim…

Yazmıram - özümü yandırır, yazıram… «molla da döyür yazı yazanda»!

Yazacam! Övlad borcumu yerinə yetirməliyəm… «Molla» da gərək, bu dəfə «döyməsin». Nədən ki, artıq «bu xına, o xınadan deyil…»

Bir kürd atalar məsəlində deyilir: «Əlini vicdanına qoyub, danış…». Adətim üzrə, bu dəfə də əlimi vicdanımın üstünə qoyub yazıram…

Budəfəki anti-türk kampaniyasını «zadə»lərlə başladılar - Arif Rəhim-zadə və Zərdüşt Əli-zadə. Baxın - hər ikisi «zadə». Məlumdur ki, «zadə» sonluğu türk soyadı sonluğu deyil. Bu baxımdan, onların türk antipatiyasını anlamaq olar - bu, belə…

Arif Rəhim-zadə özünü türk hesab etmir - öz işidir. Amma burası maraqlıdır ki, o, zahiri görkəminə görə, heç türkə oxşamır - elə bil, məşhur nasist Kaltenbrunnerdir. Hərçənd ki, türk olmayan Arif heç qatı alman olan Kaltenbrunnerin «əlinə su tökməyə də yaramaz»…

Zərdüş Əli-zadə də özünü türk hesab etmir. Öz işidir.

Amma o, heç qardaşına da oxşamır!

Yəni ki, biri görkəminə görə, türkə oxşamır, digəri isə görkəm etibarilə, qardaşına oxşamadığı üçün türkə oxşamır…

Arif Rəhim-zadə də, Zərdüşt Əli-zadə də özünü türk hesab etmir. Amma Arif ünvanlısı lap öz başı boyda «qələt» yapır - iddia edir ki, Azərbaycan türkləri türk deyillər! Tam belə deyil və Azərbaycan adlı məkanın aborigen əhalisi türklərdən ibarətdir…

«Zadə»lərin hər ikisi özünü «azərbaycanlı» adlandırır. Amma bu kəlmə milli mənsubiyyətə işarə etmir - yalnız Azərbaycan adlı məkanda doğulmuş və müəyyən zaman kəsiyində bu məkanda yaşamış subyektə işarə edir. Bu subyekt həm insan, həm də… pardon, heyvan ola bilər. Məsələn, azərbaycanlı Məmmədqulu. Eyni əsasla, belə də deyə bilərik - azərbaycanlı «ulaq», «donuz», «it» (bunlar da canlıdır və qədim türk dilində «kim?» sualına cavab verir) və s.

Bu məqamda, yadıma bir əhvalat düşdü. Yas məclisində tanıdığım birisi - bütün tərəflərdən baxarkən, «künə və yekə qarından ibarət məxluq» ağzı köpüklənə-köpüklənə deyirdi: «Qardaş, mən, it oluram, donuz oluram, eşşək oluram… amma türk olmuram!»

Belə məclislərdə danışmaq adətim olmasa da, daha səbrimi basa bilmədim - «künə və yekə qarından ibarət» olan məxluqa dedim: Sən, it də varsan, donuz da varsan, ulaq da varsan, amma gerçəkdən, türk deyilsən!

Milli mənsubiyyət «əməkdar artist», «əməkdar təlxək» və s. titulu deyil ki, bir fərmanla əldə edəsən. O, qanla-genlə nəsildən-nəsilə ötürülən bir əmanətdir. Açıq-aşkar görünür ki, bu «zadə»lər əmanətə xəyanət ediblər - onu çoxdan bir kasa sıyıqla səhv salıblar…

Zərdüşt iddia edir ki, atası-babası türk olsa da, özü türk deyil? Həzarat, bu necə olur? Bircə halda olur - qan korlanmış olsun, genetik informasiya dağılmış olsun. Bu da…

Belə bir atalar məsəlimiz də var: «Əslini danan haram-zadədir!» - yəni ki, zinanı doğuran haramın məhsuludur…

Əqli-ruhi və fiziki cəhətdən sağlam olan heç kəs özünün milli mənsubiyyətindən utanc hissi keçirməz, əksinə, sağlam olan hər kəs milli mənsubiyyəti ilə fərx edər. Necə ki, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri edirlər. Bu, Azərbaycan türklərinin də haqqıdır. Nə üçün bizim bu haqqımıza təcavüz edirlər? Nə üçün bu «soxulcan»lar turk kəlməsi eşidərkən, hər cür «qələt» tirajlayırlar?

Bunun bircə səbəbi var. İzahını «Ovod» qəhrəmanı Rivaresin məşhur məktubu ilə izah etməyə çalışacam. Xatırlayırsınızsa, Rivares məhbəsdən Ritaya yazdığı son məktubda təxminən, belə deyir: «Sabah məni edam edəcəklər. Amma mən bundan məyus olmuram, əksinə, sevinirəm. Sevinirəm, ona görə ki, onlar məni, məndən qorxduqları üçün edam edəcəklər…».

Bəs, bunları qorxudan nədir? Mübaliğəsiz demək olar - türk arealının coğrafiyası! Xəritəyə baxın - özünüz şahidi olacaqsınız…

Türk yazıçı Yaqub Qədri Qaraosmanoğlu «Zorən diplomat» kitabında Atatürkü belə xatırlayır: «Dünyanın harasında olursa-olsun, türk milləti haqqında xoşagəlməz bir söz işlədildiyini eşidərkən, Atatürkün gözləri od saçardı…». Bax, genetik əmanət (informasiya) buna deyərlər…

Yazımı tanınmış yazar Əlisa Nicatın məşhur fikiri ilə bitirmək istəyirəm: «Başqa millətlər tarix yazan zaman, türklər tarixin özünü yaratmaqla məşğul olublar…».

Belə irsdən yalnız qürur duymaq olar. Qürur duymaq üçün isə gərək, qanın təmiz olsun…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar