“Əli İnsanov istintaqa heç bir ifadə verməyib” - VƏKİL

ali_insanov_sdefault“Bu ayın sonunadək Əli İnsanovla bağlı istintaq yekunlaşacaq. O, ittihamları rədd edir və istintaqa hər hansı bir ifadə verməyib”.

Bu sözləri 11 ildir ki, həbsdə saxlanılan sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev ona açılmış yeni cinayət işi ilə bağlı sualı cavablandırarkən söyləyib.

Vəkilin sözlərinə görə, Əli İnsanov hər zaman olduğu kimi təmkinli və gümrahdır.

togrul

Qeyd edək ki, 11 illik həbs həyatının başa çatmasına 2 ay qalmış sabiq nazirə saxlandığı cəzaçəkmıə müəssisində Cinayət Məcəlləsinin üç maddəsi -234.1 (narkotik və ya psixotrop maddələr saxlama), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317 (Cəzçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) ilə cinayət işi açılıb. (Gununsesi.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar