Xərçəngin bütün növlərinin müalicəsi - Yeni dərman yaradıldı

Rusiyanın Elmi-Tədqiqat İnstitutunun professoru Andrey Simbirçev bəyan edib ki, rusiyalı alimlər xərçəng xəstəliyi ilə hətta ən sonuncu mərhələdə mübarizə aparacaq preparatın sınaqlarını yekunlaşdırırlar.

Oxu.Az-ın xəbərinə görə, o bu barədə "İzvestiya” qəzetinə müsahibəsində deyib.

Dərman "İstilik şokunun zülalı” adını alıb.

"Bu molekul müxtəlif stress təsirlərə cavab olaraq insan orqanizminin hüceyrələri tərəfindən sintez olunur”, - Simbirçev izah edib. Professor qeyd edib ki, kliniki sınaqlar adətən 2-3 il aparılır:

"Çox təəssüf ki, bundan tez olmayacaq. Xəstələr yeni dərmanı 3-4 ildən sonra alacaqlar”.

Alimin sözlərinə görə, artıq siçanlar üzərində dərmanın sınaqları keçirilib. Bir kurs müalicədən sonra gəmiricilər tam sağalıblar. Yeni preparatın əlavə təsirləri yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar