Bədbəxt hadisə nəticəsində Gəncə sakininin ayağı amputasiya olunub

ambulansGəncə şəhər sakini ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Nətavan qəsəbəsində yaşayan 1945-ci il təvəllüdlü Hüseynov Hüseyn Müstəcəb oğlu ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Onun sağ ayağı topuq nahiyəsindən amputasiya olunub. Məlumata görə, qulağı ağır eşidən H.Hüseynov dəmir yol xəttini keçən zaman yıxılıb və qatar onun ayağının üzərindən keçib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar