Goranboyda 13 yaşlı qızı avtomobil vurub

Goranboy rayonunda 13 yaşlı qızı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy-Qızılhacılı avtomobil yolunda baş verib.

Belə ki, yolu keçən Qızılhacılı qəsəbə sakini Güllü Məmmədova "Ford" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış yeniyetmə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaraliya tibbi yardım göstərilib. Onun vəziyyəti kafi qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar