DÜNYA İQTİSADİYYATINDA ÇİN FAKTORU - Kağızdan, kompasdan strategiyaya qədər

Ruslar da daxil olmaqla, bir çoxları indiyədək Rusiyanın özünü də təbii şəkildə bürümüş qlobal miqyasdakı Çin iqtisadi strategiyasının nədən ibarət olduğunu bilmirlər. Belə hesab edilir ki, Çin şirkətləri artıq çoxdandır ki, öz malları ilə bütün dünyada ticarət aparırlar və burada xüsusi bir sensasiya yoxdur.

Tarix ərzindəki adi və ənənəvi ticarət bütün dövlətlərə xasdır, lakin Çin konsepsiyasının məğzi müasir ticarət əməkdaşlığında qlobal dünyanın xüsusiyyətlərinin nəzərə alınmasını önə çəkir. Buraya dünya tarixinin əvvəlki dövrləri ilə müqayisədə görünməmiş imkanlarla malların və təbii xammalın sürətli daşınması, dünyanın bir yerindən digərinə operativ yerdəyişmələrın edilməsi daxildir. Biz hələ prosesi əyləcləyən maliyyə-iqtisadi böhranları zamanı ticarət əməliyyatları üçün sığortanın vacibliyindən danışmırıq. Çünki bunlarsız biznes layihələrinin kreditləşməsi və inkişafı mümkün olmaz.

Artıq müasir ticarətin əhatə dairəsi Orta əsrlərdə başlayan və 20-ci əsrin sonunda bitən kustar üsullardan kardinal şəkildə fərqlənir.

Nəyə görə məhz Pekin bu cür ideyanı təklif edib - kifayət qədər aydındır. Birincisi, Çin faktoru dünya iqtisadiyyatının mühüm həlqəsidir. İkincisi isə Qərbi Avropa ölkələri həmişə Asiya ölkələriylə, konkret olaraq Çin ilə optimal əlaqələrin qurulması yollarını axtarıblar. Təkcə Marko Polonu xatırlamaq kifayət edər.

Ona görə də hər şey təkrar olunur. Amma bu proses indi artıq başqa bir formada - texniki və texnoloji inkişaf səviyyəsində gedir.

Onu da demək lazımdır ki, Avropanın bütün böyük səyyahları - Xristofor Kolumb, Vasko da Qama və Ferdinand Magellan və digərləri, inadla daha qısa marşrut kimi Asiyaya yol açmağa can atıblar. Budur, artıq üstündən bir neçə yüz il keçdikdən sonra Çin cavab addımı atır.

Həm də yaddan çıxarmaq olmaz ki, insan sivilizasiyasının kağız, kompas, farfor, barıt kimi brendləri məhz Çində icad edilib. Bu isə öz növbəsində qlobal iqtisadiyyat üçün yeni inkişaf yolunun axtarılmasında bu ölkənin haqqı olduğunu təsdiqləyir.

Bu mənada çinlilər tərəfindən icad edilmiş kompas xüsusilə rəmzi məna daşıyır. Belə ki, o, haraya getməyin lazım olduğunu - istiqaməti göstərir. Barıt isə iqtisadiyyatın etibarlı şəkildə qorunmasının işarəsidir, çünki müharibələr sülh şəraitindəki inkişafa və ticarət marşrutları üçün başlıca təhlükədir.

Bir çox digər böyük dövlətlərdən fərqi olaraq Çin heç zaman kimlərinsə ərazisini zəbt etməyə can atmayıb. Həm də ki, Çin bütün tarix ərzində əsasən qarşılıqlı iqtisadi layihlərə üstünlük verib. Son on illiklər ərzində Çin dünya iqtisadiyyatına möhkəm inteqrasiya olunmaqla yanaşı, eyni zamanda qloballaşma dövrünə də girib. Çin, nəinki öncəki dünya iqtisadi nizamının, həm də gələcək iqtisadi həyatın ayrılmaz hissəsidir.

Ağ Evdə yeni administrasiya iş başına keçdikdən sonra belə şərhlər verilməyə başlayıb ki, güya Vaşinqton Çinə qarşı daha sərt siyəsət həyata keçirəcək və buradakı əsas istiqamət Çinin ticarət maraqlarının pozulmasına, proteksionizmin güclənməsinə yönələcək.

Həmin şərhlər haqqında yalnız onu demək olar ki, hamı üçün Yer kürəsi bircə dənədir və ona görə də, qarşılıqlı iqtisadi əlaqələrin və inkişafın optimal metodunun tapılması aparıcı ölkələrin başlıca prioriteti hesab olunur.

Əks təqdirdə dünya iqtisadiyyatının indiki üsulu lap gerilərə düşə bilər.

Çinin irəli sürdüyü “Bir zolaq–Bir yol” artıq öz effektliyini transkontinental iqtisadi strategiya çərçivəsində sübut edir. Həmin konsepsiya əsasında Asiya və Avropa bir-birinə vahid quru və dəniz yoluyla bağlanacaq.

Ümumiyyətlə isə, Afrika ölkələri də daxil olmaqla, bütün qlobusu əhatə edəcək ticarət yolları yaratmadan, inkişaf etməkdə olan dövlətlərin iqtisadiyyatını qaldırmaq mümkün deyil. Bunların həyata keçirilməsi isə vacibdir, ona görə ki, əks halda ümumdünya sxeminə qoşulmayan ölkələr avtomatik şəkildə real təhlükəyə çevriləcəklər.

Buna nümunə kimi Afrika sahillərindəki dəniz quldurlarının ticarət gəmilərinə hücumunu göstərə bilərik. Amma bu cür hadisələr indi yalnız qlobal səviyyədə deyil, terrorçuların nəzarətindəki ayrı-ayrı adalarda baş verir. Əgər gələcəkdə dünyadakı ümumi inteqrasiya kəsilərsə, onda bu cür hadisələr mühüm akvatoriyalarda və böyük mağıstrallarda da baş verə bilər.

Hətta ən güclü də belə, təkbaşına bütün düya üzrə ticarət apara bilməz. Bu təhlükəli illüziyadır. Axı, hətta taleyin özü hər şeyi elə bölüşdürüb ki, ən qabaqcıl ixtiralar da təkcə Çində peyda olmayıb və bunlar dünyanın digər ölkələrində də baş verib.

Ona görə də hal-hazırda bütün dünya üzrə inkişafın yolu yalnız qarşılıqlı inkişafdan keçir.

(“Peoples Daily Online” - Çin)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar