400 MİLYARDLIQ RUSİYA-ÇİN İTTİFAQI – Reallıq, yoxsa piar oyunu? (Analitika)

ABŞ-ın “Bloomberg Businessweek” həftəlik jurnalı “Çinlə bağlanan qaz müqavıləsi - reallıq və ya piar oyunu?” başlıqlı məqalə dərc edib. AzPolitika.info maraqlı və aktual məqalənin tərcüməsini təqdim edir.

“15 il sürən danışıqlardan sonra Rusiya və Çin nəhayət ki, iki ölkə arasında qaz kəmərinin çəkilməsini də nəzərdə tutan mavi yanacağın nəql olunması müqaviləsinə imza atdılar.

Otuz il müddətinə bağlanmış həmin müqavilə paktının şərtlərinə görə, Çin öz iqtisadiyyatı üçün mühüm olan təbii qazla təmin ediləcək. Eyni zamanda isə bu müqavilə Rusiyaya öz qaz eksportunu diversifikasiya etmək və Avropa ilə heç də sadə görünməyən gərgin münasibətlər asılılığını aşağı salmaq imkanı verəcək. Çox güman ki, Rusiya Qərb ölkələrindən fərqli olaraq, heç zaman Çin tərəfindən ona qarşı tətbiq ediləcək hər hansı sanksiyalarla da qarşılaşmayacaq.

90-cı illərin sonlarından başlanan danışıqlardakı əsas mübahisə predmeti Çinin Rusiya qazına görə ödəyəcəyi qiymət məsələsi idi. Pekin gələcəkdə alacağı qazın qiymətinin aşağı salınacağının əvəzində Rusiyanın bu sferadakı sahələrinə investisiya yatırmağa hazır olduğunu daima nümayış etdirıb. Rusiya cox böyük sevinclə veriləcək pulları götürmək istəsə də, bu işdə Çin üçün böyük endirimlər etmək fikrindən vaz keçib. Əsas səbəb isə digər müştərilərinin də bu cür qiymətlər tələb edə biləcəyindən qaynaqlanıb. İndi görünür ki, Çin Rusiyaya qaz kəmərinin çəkilməsi və Sibirdəki yeni yataqların inkişaf etdirilməsi və işlənməsi məqsədi ilə 25 milyard dollar avans ödəyəcək .

Bəs qiymətlər necə olacaq? Qaz alış–verişinə dair razılaşmadakı qiymət barəsində “Qazprom” dövlət şirkətinin başçısı, “qaz çarı” sayılan Aleksey Miller Çinə satılacaq qazın qiymətini söyləməkdən imtina edərək, bunun “komersiya sirri”olduğunu deyib. Ancaq hər halda müqavilənin təfərrüatı haqqında danışarkən, o, qazın qiymətinə dair bir neçə eyham da vurub. Millerin bidirdiyinə görə, “Qazprom” Çinə 30 il müdətındə hər il 38 milyard dollar olmaq şərti ilə qaz ixrac edəcək. Müqavilənin ümumi dəyəri isə 400 milyard dollar təşkil edir.

“Raymond James” Analitik Maliyyə Mərkəzinin eneji sferası üzrə baş əməkdaşı Pavel Molçanovun nisbi hesablamalarına əsasən, Çinə satılan qazın qiyməti min kubametr fut üçün təxminən 10 dollar olacaq (1 kub metr=35,32 kub fut). Bu, Rusiyanın Mərkəzi Avropa müştərilərindən götürdüyü qiymətə yaxın məbləğdir. Molçanov bildirir ki, bu heç də “ağılsız” qiymət sayılmır.

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, qaz üçün Çinin ödəyəcəyi qiymət neftin dünya bazarındakı qiymətinə müvafiq formada əlaqələndiriləcək. Yəni, əgər brent markalı neftin qiyməti 2% yüksələcəyi təqdirində, adekvat olaraq Çinə satılan qazın qiyməti də bir o qədər artacaq. Digər tərəfdən maraqlısı odur ki, bizim bir aydan sonra neftin qiymətinin neçəyə olacağını bilmədiyimiz halda 30 illik anlaşmanın ümumi dəyərini qabaqcadan necə müəyyənləşdirmək mümkündür?

“Amerikan Sahibkarlar İnstitutunun” Asiya iqtisadiyyatı üzrə mütəxəssisi Derek Sizzorsun fikrinə görə, söylənilən rəqəmlər sadəcə olaraq uydurmadır. Sizzors deyir ki, mən bu sözlərin heç birinə inanmıram və qiymət barəsində isə hələlik razılaşma əldə edilməyib. Qiymətin dəqiq necə olacağını bilmək mümkün deyil. Sizzors belə hesab edir ki, Rusiya və Çin nəql olunacaq qazın həcmi barəsində razılaşsalar da, hələlik qiymətin müzakirə edilməməsi qərarına gəliblər. Bu barədə Sizzors əlavə olaraq deyib: ”Qazprom dünyaya qazın qiyməti məsələsində öz mövqeyini saxladığını və böyük endrimlərə getməycəyini göstərmək istəyir”. Rusiya üçün qiymət məsələsində möhkəm dayandığını nümayış etdirmək çox vacibdir.

Əlbəttə, bunların hamısı ehtimallardır. Lakin kontraktın bağlandığı zamana da diqqət etmək gərəkdir. Rəsmi bəyənatdan bir neçə saat əvvəl belə bir məlumat yayılmışdı ki, tərəflər qiymətdə razılaşa bilməyiblər. Amma buna baxmayaraq, bir qədər sonra biz gördük ki, Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Çzinpin Şanxaydakı səhnədə bir-birilərinin əlini sıxırlar və hər iki ölkənin enerji şirkətlərinin rəhbərləri isə müqaviləni imzalayırlar.

Əgər Putin razılaşmaya imza atmadan Şanxaydan gedərdisə, bu onun prezident Obama və kansler Angela Merkellə iyun ayında nəzərdə tutulan görüşündəki mövqeyini xeyli zəiflətmiş olardı (İkinci Dünya Müharibəsi zamanı İkinci cəbhənin açılmasının 70 illik yubileyndəki görüş nəzərdə tutulur). Lakin indi bu müqavilədən sonra onun əlinə Qərb müştərilərindən asılılığını azaldan və uzun müddətli perespektivdəki sanksiyalardan qorunmaq üçün imkanlar düşüb.

Öz növbəsində isə Çin, ABŞ tərəfindən amerikan şirkətlərinə yönəlik casusluqda günahlandırılan onun hərbiçilərinə qarşı cinayət ittihamı fonunda Rusiyadan öz məqsədləri üçün istifadə edə biər. Beləki, Çin bu hərəkətlə Rusiyanın köməyi ilə Amerikaya cavab vermək istəyir. Necə deyərlər, mənim düşmənimin düşməni, mənim dostumdur.”

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar