“Mühacirət davam edərsə, Azərbaycana qarşı şansımız yoxdur” - Erməni politoloq

“Mühacirət dama edərsə, Azərbaycan qarşı heç bir şansımız yoxdur”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə politologiya elmləri doktoru, professor Levon Şirinyan deyib. Politoloqun fikrincə, Yerevan Moskva və Vaşinqton arasında balanslı siyasət yürüdəcək.

“Bizim resurslarımız uzaq perspektivdə Azərbaycan qarşı azlıq təşkil edir. Buna görə, resursları başqa mənbələredən tapmaq lazımdır. Bu kontekstdə Yerevanın Rusiya və ABŞ arasında balanslı siyasət aparacağını istisna etmək olmaz”.

Levon Şirinyan mühacirətin davam edəcəyi halda, ölkəsini ağır günlərin gözləyəcəyini deyib.

“Mühacirətin davam edəcəyi halda, Ermənistan perspektivi yoxdur. Artıq neçə ildir ki, hamı mühacirətdən danışır. 20 ildən sonra əldə olunmuş müasir silahları kim tətbiq edəcək? Ona görə də Ermənistan hakimiyyəti ya nəyisə dəyişməlidir, ya da yerlərini gənc kadrlara verməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar