"Xəyal qırıqlığı yaşadıq" - Türkiyədən ABŞ-a

ABŞ Dövlət Departamentinin 2016-cı ildə Türkiyədə İnsan Haqlarının durumu ilə bağlı yayımladığı hesabat həqiqətə uyğun deyil.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyə ilə bağlı hazırlanan hesabatda ölkəmizlə bağlı olan hissələr qəbuledilməzdir. Həmin məzmunda həqiqətə uyğun olmayan, qeyri-obyektiv fikirlər səsləndirilib. Çox təəssüf ki, ölkəmizin terror şəbəkələri ilə haqlı mübarizəsi təhrif edilib. Bu durum bizdə dərin xəyal qırıqlığı yaratdı”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Dövlət Departamentinin hesabatında 2016-cı ildə Türkiyədə insan hüquqları, demokratiya və söz azadlığı ilə bağlı ciddi problemlərin olduğu bildirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar