ARİF ƏSGƏROVUN QOHUMUNU QANDALLADILAR - 3 milyonu ələ keçirib

Arif-Esgerov_2Uzun illər Azərbaycan Dəmir Yollarının rəisi işləmiş, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərov həbs edilə bilər. Gununsesi.info-nun hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, hazırda Arif Əsgərovun yaxın qohumu (həyat yoldaşının xalası oğlu) Emin Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib. Onun həbsinə səbəb isə ayrı-ayrı özəl şirkətlərin rəhbərlərindən külli miqdarda alınan vəsaitlər olub.

Araşdırmalar zamanı bəlli olub ki, Emin Cəfərov iş adamlarından Dəmir Yolları üçün tenderlərin qalibi olmağın müqabilində üst-üstə 3 milyon pulu manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Mənbəmizin sözlərinə görə, həmin pullar Arif Əsəgərovun adı ilə alındığından onun özünün də istintaqa cəlb olunacağı bildirilir. Xəbərdə qeyd olunur ki, 3 milyon vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsinə dair şikayət xeyli müddət edilsə də araşdırması nəqliyyat nazirliyinin ləğvindən və Arif Əsgərovun işsiz qalmasından sonra araşdırılmağa başlanıb. Araşdırmanın birinci mərhələsində Emin Cəfərov həbs edilib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar