"Almaniyanı biabır edəcəyik" - Ərdoğan

erdogan"Baş verənləri dünyaya çatdırıb Almaniyanı rüsvay edəcəyik".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan türk nazirlərin Almaniyada toplantılarının ləğv edilməsinə münasibət bildirərkən deyib.

“Danışdırmasınlar. Danışdırmamaqla Almaniyadakı səslərin “Yox” çıxacağını zənn edirlər? Ey Almaniya, sizin demokratiya ilə əlaqəniz yoxdur. Sizin indiki siyasətiniz nasizim rejimindən fərqli deyil. Bizə demokratiya dərsi verirsiniz, amma nazirin çıxışına qadağa qoyursunuz”, - Ərdoğan bildirib.

Qeyd edək ki, türk nazirlər – Bəkir Bozdağ və Nihad Zeybekçinin Almaniyada baş tutacaq toplantıları yerli hökumət tərəfindən ləğv edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar