“BİZ MƏGƏR TÜRKÜK? NİYƏ ÜZR İSTƏMƏLİYƏM?” - Deputat özü-özünü dolaşdırdı 

trend_arif_rahimzadeh_120610

"Vaxtilə "Azərbaycan dili” əvəzinə "Türk dili” tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində "Azərbaycan dili” dərsliklərə salındı. Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk? Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var”.

Bu fikirləri "Ölkə.Az”a açıqlamasında Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

Komitə sədri qeyd edib ki, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Çexiya və digər ölkələrin əhalisi slavyan mənşəlidir: "Ancaq hər birinin öz milləti və xalqının adı var. Xalqın adı da əraziyə görə müəyyənləşir”.

A.Rəhimzadə türkçülüklə bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu və buna görə üzr istəməyəcəyini deyib: "Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bu gün ABŞ-da yaşayanlar necə adlanır? Amerikalılar. Ancaq ABŞ-da etnik ingilislər, fransızlar, türklər, almanlar, slavyanlar, yəhudilər və digər millətlərdən adamlar var. Xalq kimi, hər kəs amerikalı hesab olunur. Azərbaycan da belədir. Başqa cür də ola bilməz. Bizim dilimiz Azərbaycan dilidirsə, milliyətimiz də azərbaycanlıdır. Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bütün bunları anlamayan adamlar gəlib mənim ünvanıma fikirlər səsləndirir. Onların əksəriyyəti Xalq Cəbhəsinin tör-töküntüləridir. Çox təəssüf ki, kifayət qədər savadı olan adamlar da bunu söyləyirlər”.

"AzPolitika.info" qeyd edir ki, komitə sədrinin danışığı onun fikirlərini ifadə etməkdə ciddi problemlər yaşadığnıı güman etməyə əsas verir. Ola bilsin  yaşı ilə bağlıdır. Əvvəlcə deyir "Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür?" .

Diqqət edin, hətta dövlət adında "türk" sözü olan Türkmənistanda yaşayanları  da bu "səviyyəli adam"  türk hesab etmir. Sonra da deyir ki, "bunların mənşəyi türkdür".  Məgər mənşəyi türk olan bir millət sonradan çevrilib erməni və ya rus olur? 

Əlbəttə, qanı qarışıqlar, hətta pozuqlar var. Ancaq onlar fərddirlər və özlərini hansı millətə aid hesab edirlərsə də,  odurlar. Kimsəyə  bunu bütün millətə şamil etmək ixtiyarı verilməyib. Deputat omaq, sənə millətin adını təyin etrmək hüququ vermir.

Digər tərəfdən bu türk olmayan adam deyir ki, "xalqın adı da əraziyə görə müəyyənləşir”. Belə də sual olunur, dövləti olmayan, konkret bir ərazidə məskunlaşmayan  xalqların adı nə ilə müyyənləşir? Bunun dediyindən belə çıxır ki, dünyada cəmi 200-ə yaxın xalq var.

Özünə dəstək qazanmaq üçün "ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyir . Ancaq Heydər Əliyevin Türkiyə üçün "biz bir MİLLƏT, iki dövlətik" sözlərini xatırlamaq istəmir.  Amma bunun  onun yaşı ilə bağlı yaddaşında problemlərin yaranması ilə və ya bu yaşa gəlsə də,  hələ "millət" sözünün mənasını anlamaması ilə bağlı olduğunu düşünmürük.  Bu təfəkkür, qan və gen məsələsidir. 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar