Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hökuməti yenidən İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub.

Əvvəlcədən viza alan şəxslərin istisna təşkil edəcəyi bildirilir.

Xatırladaq ki, yanvarın 27-də D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar