Merkel Ərdoğanın nasizm barədə bəyanatına cavab verdi

merkelAlmaniya kansleri Angela Merkel bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın nasizm barədə sözlərinə “heç bir bəraət yoxdur”.

Bu barədə Reuters məlumat yayıb.

Kanslerin sözlərinə görə, Ərdoğanın çıxışı “nasizmin insanlığa qarşı cinayətinin qurbanı olanlara qarşı hörmətsizlikdir”.

Bununla belə, Merkel əmin edib ki, Almaniya höküməti mətbuat, söz və sərbəst toplaşmaq azadlığı prinsiplərinə sadiqdir və Konstitusiya referendumu ərəfəsində Almaniyada ölkə qanunlarına riayət edən türkiyəli siyasətçilərin təşviqatının qarşısını almayacaq.

Qeyd edək ki, martın 5-də Rəcəb Tayyip Ərdoğan Almaniyada hökümətin aksiyalara qadağa qoymasını nasizmə dəstək kimi qiymətləndirib.

“Sizin demokratiya ilə heç bir əlaqəniz yoxdur, və siz bilməlisiniz ki, sizin hazırki hərəkətləriniz nasistlərin hərəkətlərindən fərlənmir”, - Türkiyə lideri İstanbulda mitinqdə bəyan edib.

Bundan əvvəl, Ərdoğanın “alman agenti” adlandırdığı türk əsilli Almaniya jurnalistinin Türkiyədə həbsindən sonra Almaniya höküməti yerli türk cəmiyyətinin iki aksiyasına qadağa qoymuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar