Rusiyada pilotsuz avtomobillər üçün yollar salınacaq

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, bu ölkədə pilotsuz avtomobillərin hərəkəti üçün 10 min kilometr uzunluğunda yolların çəkilməsi planlaşdırılır.

«Rosavtodor»un başçısı Roman Starovoyt pilotsuz avtomobillər üçün infrastrukturun hazırlanmasından danışıb.

Yaxın gələcək üçün «Rosavtodor»un planlarını şərh edən Starovoyt Rusiyada sürət magistrallarının və pilotsuz avtomobillərin hərəkəti üçün uyğunlaşdırılmış yolların sayının artırılması niyyətində olduqlarını bəyan edib.

«2030-cu ilə qədər saatda 110 kilometr və daha yüksək sürətə imkan verən avtomagistralların və avtomobil sürət yollarının uzunluğu 20 min kilometrə çatlırılacaq. Pilotsuz avtomobillərin hərəkəti üçün uyğunlaşdırılmış yolların uzunluğu isə 10 min kilometr ərtrafında olacaq» - deyə, Starovoyt bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar