ERMƏNİ İLƏ «SİNXRON ZADƏ»LƏR! - Düşmənin siyasətini həyata keçirənlərin adı nədir?

Murdar ayaqları müqəddəs Vətən torpaqlarına dəyən gündən üzübəri, güclü dövlətlərin «qucağında oturan» ermənilər türkə düşmən kəsiliblər. Zaman-zaman bu düşmənçilik özünü ən müxtəlif formalarda büruzə verib. Proses indi də davam edir və görünən odur ki, bu zavalın sonu olmayacaq…

İyirminci əsrin əvvəlində minbir məkrlə əzəli torpaqlarımızda özünə olmayan yerdən bir dövlət quran bu murdar məxluq addım-addım irəli gedərək, görünməmiş ardıcıllıqla torpaqlarımızı qarış-qarış mənimsəyib, əsrin sonunda isə Qarabağ bölgəsini işğal edib. 25 ildən artıqdır ki, haylar Rusiyanın havadarlığı sayəsində Qarabağda oturublar və rədd olub getmək fikrində də deyillər. Əksinə, bu işğalı rəsmiləşdirmək istiqamətində olduqca fəal siyasət yeridirlər…

Bu savaşda Azərbaycan ən effektli və səmimi dəstəyi qardaş Türkiyədən görür. Belə ki, ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlət Türkiyə olub. Müstəqillyin ilk illərində Azərbaycanın xarici siyasəti ən tutarlı dəstəyi qardaş Türkiyədən alıb. İyirmi beş ildən artıqdır ki, Azərbaycana (Qarabağın işğalına görə) görə, qardaş Türkiyə qonşusu Ermənistanla diplomatik münasibətlər qurmayıb - sərhədlərini ermənilərin üzünə açmayıb. Türkiyə hər zaman beynəlxalq, regional səviyyələrdə Azərbaycana ən etibarlı dayaq olub, ikitərəfli münasibətlərin ən mükəmməl modelini Azərbaycanla qurub və s. Belədə, məntiqi sual yaranır: Bunca isti-doğma münasibət haradan qaynaqlanır?

Heç bir şübhə yeri yoxdur ki, bu, qardaş dəstəyidir. İyirminci əsrin ən görkəmli siyasətçilərindən biri olan mərhum Prezident Heydər Əliyev «Bir millət, iki dövlət» aforizmini boş yerə səsləndirməyib. Bu dahi şəxsiyyət bilib ki, erməni və onun havadarları ilə savaşda Türkiyəsiz (böyük türk xalqından təcrid olunmuş halda!) qalib gəlmək mümkün olası iş deyil.

Ermənilər də bunu yaxşı anlayırlar və durmadan-yorulmadan, Azərbaycanla Türiyənin arasını vurmaq istiqamətində dəridən-qabıqdan çıxırlar - onlar xilas yolunu bunda görürlər. Son vaxtlar isə haylar qarşılarına qoyduqları bu məqsədi heç gizlədib-eləmirlər. Məsələn, bu günlədə Ermənistanın «Azad demokratlar» partiyasının rəsmilərindən biri olan Stepan Sarafyan bu məsələyə toxunub. O, deyib: «Rusiya ilə münasibətlər daim diqqətimizdə olmalıdır. Türkiyəyə gəlincə, ictimaiyyət nümayəndələri arasında görüşlər olmalı və tərəflər qeyd-şərtsiz sərhədləri açmalıdırlar. İran isə bizim hərbi-strateji müttəfiqimizdir. Türkiyə və Azərbaycan tandemini parçalamaq üçün bundan istifadə etmək olar…»

Erməni siyasətçinin bu açıqlamasında üç məqama diqqət yetirmək istərdim. Birincisi, Rusiyaya yönəlik münasibətdir ki, Ermənistan hər zaman bu amili prioritet mövqedə saxlayır. Anlayırlar ki, hazırkı məqamda Rusiyasız Ermənistan dövləti sadəcə, mövcud ola bilməzdi…

İkincisi, ermənilərin İrana yönəlik siyasətidir ki, haylar bundan da maksimum bəhrə əldə edə bilirlər - indiki təcrid olunmuş durumda, İran ermənilərə hər cür «nəfəslik verir». Görün iş nə yerdədir ki, bu günlərdə İranın Prezidenti açıqca söylədi: «Ermənistanla münasibətlər tarixi əhəmiyyət daşıyır». Göründüyü kimi, özünü islam respublikası adlndıran İran üçün «tarixi əhəmiyyət» amili «müsəlman qardaşlığı» amilini üstələyir…

Üçüncüsü, erməni siyasətinin Türkiyə ilə Azərbaycan tandeminə yönəlik istiqamətidir. Sarafyanın açıqlamasından bir daha aydın olur ki, haylar bu tandemi parçalamağı qarşıya məqsəd olaraq qoyublar və bu istiqamətdə dəridən-qabıqdan çıxırlar…

Ermənistanın Avropalı havadarları da son vaxtlar Türkiyəyə - türk millətinə qarşı silsilə hücumlar sərgiləyirlər. Stop! Belə bir məqamda Azərbaycanlı «zadə»lərin başladığı antitürk kampaniyası hansı mətləblərdən xəbər verir?!

Əminliklə söyləmək olar ki, Arif, Zərdüşt, Çingiz və s. adlı «zadə»lərin «Azərbaycan əhalisi türk deyil!» kimi heç bir elmi-tarixi əsası olmayan fikirləri ermənilərin hədəfə çevirdikləri «Türkiyə-Azərbaycan» tandeminin zəiflədilməsinə yönəlik xain-naqis məqsədlərdən xəbər verir. Heç şübhəsiz ki, bununla, «zadə»lər Azərbaycan türklərini Türkiyə türklərindən (ümumilikdə isə dünya türklərindən!) ayırmaq və məkrli düşmən qarşısında bizi köməksiz vəziyyətə gətirmək niyyətinə xidmət göstərirlər. Hər iki tərəfin çalışmalarının sinxronluğu belə söyləməyə yetərincə əsas verir…

İndi isə məntiqi sualla üz-üzə qalırıq: Məgər Arif, Araz, Zərdüşt, Çingiz və s. «zadə»lər bütün bunları anlamırlar? İnandırıcı deyil. Nədən ki, bu şəxslərin hər biri ən azı, ortabab siyasətçi səviyyəsində olan personadır, ikisi isə deputatdır. Bəs, bunlar nə üçün «düşmən dəyirmanına su tökürlər?». Suala aşağıdakı ağılabatan-məntiqi cavabı vermək olar: Ya bu şəxslərin özləri də erməni qədər düşməndir - təkcə türk düşməni yox, həm də Azərbaycanın düşməni, «azərbaycançılıq, dövlətçilik məfkurəsinin düşməni»! Nədən ki, bu şəxslər özləri-özlərinin milli mənsubiyyətini sözdə «azərbaycanlı» elan etsələr də, təcrübədə Azərbaycan dövlətinin xarici siyasətinə arxadan zərbə vururlar…

Ya da ki, bu adamcığazlar (cılız personlar!) hər şeyi «bir kasa duzsuz sıyığa» dəyişərək, növbəti seçkilərdə də deputat «təyin olunmaq üçün» indidən «toxum səpirlər»!

İstənilən halda, görünən odur ki, Ermənistanın siyasəti ilə Azərbaycanlı «zadə»lərin davranışında bir sinxronluq müşahidə olunur!

Hörmətli oxucular! İndi özünüz fikirləşin - düşmənin siyasətini həyata keçirənin adına nə deyərlər?!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar