"Opel" şirkəti satıldı

Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın alıb

Avtomobil nəhəngi sayılan "Opel" şirkətinin satışları başa çatdı. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, Fransanın "PSA Group" şirkəti "Opel"i "General Motors"dan 2.2 milyard avroya satın aldı. "Peugeot" və "Citroen" avtomobillərini istehsal edən "PSA Group" "General Motors" şirkəti ilə "Opel"in satışı məsələsində razılığa gəlib. Mart ayının 3-ü alqı-satqı prosesi başa çatmışdı. "PSA" bu gün açıqlama verərək müqavilənin dəyərinin 2.2 milyard avro olduğunu bildirib. "Opel"i də tərkibinə qatan "PSA Group" bazarda rəqibi "Renault" şirkətini üstələyib və " Volkswagen"dən sonra Avropanın ikinci böyük maşın istehsalçısına çevrilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar