Çavuşoğlunun Hamburqdakı görüşü konsulluğun binasında keçiriləcək

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Almaniyanın Hamburq şəhərində bu günə planlaşdırılan çıxışı Türkiyənin bu şəhərdəki Baş konsulluğunun binasında baş tutacaq.APA-nın xəbərinə görə, bu barədə “Spiegel”in yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Hamburq şəhər administrasiyası bundan əvvəl Mövlud Çavuşoğlunun türk icmasının nümayəndələri qarşısında planlaşdırılan çıxışını ləğv edib. Qərar görüşün keçiriləcəyi məkanda şəraitin yanğın təhlükəsizliyi normalarına cavab verməməsi ilə əlaqələndirilib.

Mövlud Çavuşoğlunun çıxışı Almaniya vaxtı ilə 18.00-a (Bakı vaxtı ilə 21.00-a) planlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar