ABŞ Amerika yəhudilərinə qarşı yönələn təhdidləri pisləyib

Ağ Ev çərşənbə axşamı ABŞ-da yaşayan yəhudilərin ünvanına yönələn təhdidləri pisləyib.

"Report" xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser jurnalistlərə deyib.

"Biz yeni anti-semit təhdid və nifrət dalğasını ən qəti şəkildə pisləyirik", — deyə Şon Spayser bildirib.

Bundan əvvəl daxil olan təhlükə səbəbi ilə Nyu-York, Viskonsin və Florida ştatlarında yerləşən yəhudi mərkəzləri təxliyə edilib. Ötən həftə üç yəhudi qəbiristanlığı təhqir edilib. Təhdid alan təşkilatların sayı yüzü keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar