GENERAL və OĞLU EYNİ İDARƏDƏ? - DİN-dən açıqlama

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin şöbə rəisi vəzifəsinə Vüsal Mirzəyev təyin olunub.

O, “İnterpol”un Azərbaycan Milli Bürosunun sabiq rəisi, hazırda DİN-nin Daxili Təhqiqatlar İdarəsinə rəhbərlik edən polis general-mayoru Sahib Mirzəyevin oğludur.

* * *

Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə "AzPolitika"ya açıqlamasında yayılan məlumatı təkzib edib: "Polis general-mayoru Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin Daxili Təhqiqatlar İdarəsinə şöbə rəisi təyin olunmağı barədə yayılan məlumatlar əsassızdır."

Nazirlik rəsmisinin sözlərinə görə, Vüsal Mirzəyev hazırda nazirliyin başqa bir baş idarəsində baş inspektor vəzifəsində çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar