BAKI-SUMQAYIT YOLUNDA AĞIR QƏZA - 5 tələbə öldü - ADLAR (VİDEO+FOTO)

Səhifə yenilənir, ən son məlumatlar yazının əvvəlindədir 

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır.

Bu barədə “Report” açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadədə beyin ölümü başlayıb, ağır komadadır: “O, əməliyyat olunub, çünki dalağı və qaraciyəri dağılmışdı. Onda həm də kəllə-beyin tramvası var idi. Yaşama şansı cüzi olduğundan möcüzə gözləyirik. Hazırda reanimasiyadadır”.

1997-ci il təvəllüdlü Rəsul Sadıqovda isə burun sümüklərinin sınığı, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi olub. “O, hazırda üz-çənə cərrahiyyə şöbəsində müalicə olunur. 1999-cu il təvəllüdlü Emin Həmidovda kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qeydə alınıb və vəziyyəti orta-ağırdır. Müalicəsi neyrotravma şöbəsində davam etdirilir”, – deyə, baş həkim əlavə edib.

Hər üç yaralı Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə “Report”a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında olan 14 nəfər yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb: “Hazırda xəstəxanada 9 yaralı qalıb. Ola bilsin ki, müayinə olunduqdan sonra onların da bir neçəsi evə yazılsın”.

Xatırladaq ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

* * *

Bakı-Sumqayıt yolundakı qəzanın baş verdiyi anın görüntüləri yayılıb.

"AzPolitika" avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdən məlum olur ki, qəzaya düşən 50-BN-132 dövlət qeydiyyat nişanlı qırmızı rəngli "Ford"ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır.

Göründüyü kimi, o, digər "Ford"u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL" markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL"in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonra sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldakı mişar daşlarına dəyən "Ford" daha sonra sol tətəfdən "ZİL"ə çırpılıb.

Məlum olub ki, Namiq Hüseynov uzun illərdir, "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

* * *

Bakı-Sumqayıt şosesində baş verən qəza ilə bağlı yük maşınının sürücüsü ifadə verib

Bakı-Sumqayıt şosesində baş verən qəzanın bəzi təfərrüatı məlum olub.

"Report"un xəbərinə görə, baş verən yol-nəqliyyat hadisəsi zamanı saxlanılan 52-BE-874 dövlət qeydiyyat nişanlı "ZİL" markalı yük avtomobilinin sürücüsü Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Şəmistanlı Elvin Eldar oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində izahat verib. O bildirib ki, ötən axşam saat 22:00 radələrində Sumqayıt istiqamətində körpünün üzərində idarə etdiyi yük avtomobilinin təkərlərində problem yaranıb. Nəticədə sürücü yük avtomobilini körpünün sonunda saxlayıb. "Mən maşını saxladığım yerdən bir neçə metr aralıda xəbardarlıq nişanı və 30 metr aralıda 3 ədəd mişar daşı qoymuşdum. Gecə saatlarında isə yol polisi əməkdaşları yük avtomobilinin hərəkətsiz vəziyyətdə dayandığı yeri xəbərdaredici lentlərlə bağlayıb. Səhər saatlarında usta ilə birgə geri dönərkən gördüm ki, "Ford" mişar daşlarının üstünə çıxıb və mənim yük avtomobilimin arxa hissəsinə çırpılıb".

Faktla bağlı cinayət işi başlanılıb, E.Şəmistanlı və "Ford" markalı mikroavrobusun sürücüsü Namiq Hüseynov saxlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb, 20-dən çox sərnişin xəsarət alıb.

* * *

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin adları açıqlanıb.

Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il) .

Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

* * *

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər - Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

* * *

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.

Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.

Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Universitetdən APA-ya verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb.

* * *

Bakı-Sumqayıt yolunda baş verən qəzada üç tələbə ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandırÖlənlərin hər 3-ü tələbədir.

O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.

S.Əhmədova deyib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov "Report"a açıqlamasında bildirib ki, mərkəzə hadisə nəticəsində xəsarət alan 3 nəfər gətirilib.

Qeyd edək ki, bu gün səhər saatlarına Sumqayıt istiqamətində hərəkət edən "Ford" markalı mikroavtobus yolunun kənarındakı dəmir yolayrıcına çırpılıb.

* * *

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.

Eyni zamanda verilən məlumata görə, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

* * *

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

Hadisə şahidlərinin BakiPost.az-a göndərdiyi videonu təqdim edirik:

4c50fad4399c3085e20ed81f26a5c065

555 6662222

[gallery columns="5" size="full" ids="301797,301798,301799,301800,301801"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar