Səlahiyyət müddəti bitən 80 yaşlı ombudsmanla bağlı açıqlama - "Vəzifəsini davam etdirəcək"

elmira suleymanova azpolitika info ombudsman

"Elmira Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğundur".

Bunu "Report"a açıqlamasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

O qeyd edib ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanununa əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Qeyd edək ki, Elmira Süleymanova 2010-cu il martın 5-də ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. Onun səlahiyyət müddəti bu ilin martın 5-də başa çatıb.

Qanunvericiliyə əsasən, Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edəcək. Parlament isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul etməlidir.

"AzPolitika"nın məlumatına görə, Süleymanova Elmira Teymur qızı 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub.

1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində oxuyub.

1959–cu ildən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda ardıcıl olaraq laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1967-ci ildə “Neft kimyası” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib.

Heydər Əliyevin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəddən biri Elmira Süleymanova olub. 2002-ci ildə E.Süleymanova 111 deputatın səsini qazanaraq Azərbaycan Respublikasının ilk Ombudsmanı seçilib.

Elmira Süleymanova ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından 5 mart 2010-cu il tarixdə Milli Məclis tərəfindən bu vəzifəyə yenidən seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar