ABŞ ordusunun sursatı tükənir!

 

ABŞ-ordusu«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) quru qoşunları qərargah rəisinin logistika üzrə müavini general-leytenant Andre Pige bəyan edib ki, ordunun sursatının yüksək ahənglə tükənməsindən böyük narahatlıq keçtirir. Xəbəri «Defense News» nəşri yayıb.

Generalın sözlərinə görə, büdcə qənaəti illəri ona gətirib çıxardıb ki, sursat ehtiyatı çox tükənib və indi yerini doldurmağı tələb edir. O, əlavə edib ki, sülh şəraitində fəaliyyət üçün sursat ehtiyatı qədərincədir, ancaq ABŞ-dan kənarda hərbi iştirakı artırmaq ehtiyacı yaranacağı təqdirdə, indiki ehtiyat yetərli deyil.

General xəbər verib ki, onu hər şeydən əvvəl «Petriort» və «THAAD» sistemləri üçün döyüş sursuatı, «Hellfire» raketləri, yüksək dəqiqlikli idarə olunun komplekslər və «Excalibur» raket mərmiləri ehtiyatı narahat edir.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ quru qoşunları 2018-ci ildə döyüş sursatı almaq üçün əlavə 1,5 milyar ddollar vəsait istəyib. Sursatın, ABŞ-ın Cənubi Koreyada dislokasiya olunmuş ordu hissələri və Mərkəzi və Avropa komandanlığı üçün alınacağı bildirilmişdi.

Pige əlavə edib ki, quru qoşunlarının planına Avropada ikinci böyük susrsat anbarının tikilməsi də daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar