Hacıqabulda baş verən avtoqəzada Rusiya vətəndaşı ağır yaralanıb

Hacıqabulda baş verən avtoqəzada 55 yaşlı qadın ağır xəsarət alıb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 130-cu kilometrliyində Hacıqabul rayonu ərazisində “Hyundai” markalı 90 CH 025 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan Vladivostok vilayətindən olan Rusiya vətəndaşı, 1962-ci il təvəllüdlü Qasanova İrina Alekseyevna ağır kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar