Pentaqona «Rosoboroneksport»la əməkdaşlıq qadağan olundu!

pentaqon-mainAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqresi «Rosoboroneksport»la əməkdaşlıq etməyi Pentaqona qadağan edib. Amerika parlamenti tərəfindən qəbul olunmuş hərbi büdcə haqqında qanunda bu barədə ayrıca bənd yer alıb.

ABŞ Konqresinin nümayəndələr palatası öz iclasında 2017-ci il üçün maliyyələşdirmə haqqında qanun layihəsi qəbul edib. Layihəyə həm də Rusiyanın «Rosoboroneksport» şirkəti ilə müqavilələr bağlamaq üçün Pentaqona öz büdcəsindən vəsait xərcləməyi yasaqlayan şərt daxil edilib.

Sözügedən sənədi 371 konqresmen dəstəkləyib, 48 deputat isə əleyhinə səs verib.

Sənədə əsasən, Pentaqonun nümayəndələri və ya müdafiə nazirinin özü «Rosoboroneksport» şirkəti (və onun törəmə müəssisələri) ilə kontrakt, anlaşma haqqında memorandum, razılaşma sənədi imzalaya bilməz və bu şirkətə (və onun törəmə müəssisələrinə) qrant, kredit və ya kredit zəmanəti verə bilməz.

Bundan əvvəl Konqres artıq ABŞ müdafiə nazirliyinə Rusiya müdafiə nazirliyi ilə əməkdaşlığı qadağan edib. Bu qanun Prezident Barak Obama tərəfindən imzalanıb.

«Rosoboroneksport» şirkətinin rəsmi nümayəndəsi Vyaçeslav Davidenko bu xəbərdən təəccüblənmədiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar