ARDNŞ TÜRKİYƏDƏ CƏTİNLİYƏ DÜŞDÜ- Banklar Rövnəq Abdullayevə pul vermir

Dərc olunub: 30/09/2013 - 22:43

Türkiyə bankları ARDNŞ-in bu ölkədə neftayırma zavodu tikintisi layihəsinə kredit ayırmaqdan imtina edib

1rovABŞ Mərkəzi Bankının qərarı və İstanbuldakı aksiyalardan sonra Türkiyə bankları bu ölkədə 4,35 milyard dollar qiymətində neftayırma zavodu tikintisi layihəsinə kredit ayırmaqdan imtina edib. Bundan sonra ARDNŞ-nin bu banklarla münasibətləri pozulub. Bu barədə Turan Türkiyənin “Hürriyyеt” qəzetinə istinadən məlumat verib.
Yazıda deyilir ki, ARDNŞ rəhbərlərindən biri “çətin danışıqlardan sonra 2,5 milyard dollar kredit ala bildik” deyə məlumat verib.
ABŞ Mərkəzi Bankının kredit evrilməsinin mərhələlərlə dayandırılması barədə qərarı inkişaf etməkdə olan ölkələrə və böyük layihələr həyata keçirmək üçün kredit axtaran şirkətlərə təsir edib. ARDNŞ də bunların sırasındadır. ARDNŞ Türkiyə bankları ilə danışıqları əvvvəllər məhsuldar olurdu. ABŞ Mərkəzi Bankının qərarından sonra hər şey dəyişib, deyə “Hürriyyеt” qeyd edir.
2012-ci ilin martında ARDNŞ-nin layihələri ilə tanış olmaq üçün 15-dən çox Türkiyə bankının direktorları Bakıya dəvət edilmişdi. ARDNŞ bildirir ki, ABŞ Mərkəzi Bankının qərarına qədər Türkiyə bankları Star zavodunun tikintisinə kredit ayırmağa hazır idi. ABŞ Mərkəzi Bankının qərarı və İstanbulda park aksiyalarından sonra mövqelərini dəyişdilər.
Qeyd edilirdi ki, Star layihəsinin qiyməti kreditlər də daxil 4,8-5 milyard dollar olacaq. Bunun 1,5 milyard dollarnı ARDNŞ özü ödəyəcək.
“Hazırda Akbank, Garanti, İş Bankası, Denizbank è Finansbank-la danışıqlar davam edir. Ümumi kredit məbləği 2,5 milyard dollar ola bilər, bizə isə 3,5 milyard dollar lazımdır. Dövlət banklarının da bu işə qoşulmasını istərdik”,- deyə ARDNŞ təmsilçisi bildirib.
Öz növbəsində Avropa Yenidəqurma və İnkişaf Bankı SOCAR Turkey-ə bildirib ki (ARDNŞ-nin törəməsi) Star NEZ-in tikintisi layihəsinə kreditin verilməsinə baxılması vaxtı dəyişdirilib.
AYİB Direktorlar Şurasının qərarına görə, məsələyə 16 oktyabrda yox, 29 oktyabrda baxılacaq. Amma bu qərarın səbəbi açıqlanmır.
SOCAR Turkey 150 milyon dollar kredit üçün AYİB-ə müraciət edib.
Maraqlıdır ki, AYİB Star NEZ-in tikintisi layihəsinin 200 milyon dollar bahalandığını bildirib. Əvvəllər layihənin qiyməti 5,1 milyard dollar göstərilirdi, indi 5,3 milyard dollardır.
Star NEZ-in layihəsinin iştirakçıları bunlardır: SOCAR Turkey (41,5%), ARDNF (40%), TURCAS Petrol A.S (18,5%).








loading...


Fikrinizi bildirin