NAZİR PARLAMENTİN İCLASINI YARIMÇIQ TƏRK ETDİ - "Onu ölkə Prezidenti çağırdı"

selim

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentin martın 10-da keçirilən növbəti plenar iclasını yarımçıq tərk etməli olub. Buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən onun yanına çağırılması olub.

Bu haqda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov məlumat verib.

“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq, o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə Prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”-deyə, spiker bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar