PENSİYA YAŞI ARTIRILDI - Milyonlarla insana ağır zərbə vuruldu

 

pensiya

Milli Məclis “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsini qəbul edib.“Report”un xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında layihə ilə bağlı məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, qanunun 47 maddəsindən 22-ə 98 adda dəyişiklik təklif edilir.

H.Rəcəbli qeyd edib ki, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var: “Kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

milli-meclis

Komitə sədri əlavə edib ki, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir: “İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində təklif olunan dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğində aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur. Əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır”.

Deputat bildirib ki, qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması maddəsinə təklif edilən dəyişikliyə əsasən sığorta olunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 70 faiz artırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Milli Məclisin deputatları dəyişiklik layihəsi ilə bağlı çıxış ediblər, təkliflərini irəli sürüblər.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

 

1435650966_elimesimliMilli Məclisdə “Əmək pensiyaları haqqında” qanununa bu gün qəbul edilmiş dəyişikliklərdən sonra Azərbaycanda xeyli insan pensiya almaq imkanından məhrum olacaq.

İstiPress-ə dəyişiklikləri şərh edən millət vəkili Əli Məsimli bildirib ki, pensiya yaşına çatmış vətəndaş müəyyən şərtləri yerinə yetirmədikdə pensiya ala bilməyəcək: “Onun Dövlət Sosial Müdafiə Fonduna ödədiyi vəsaitləri 144 aya böldükdə alınan məbləğ 110 manatdan artıq olmalıdır. Əks halda, o, bu vəsait toplanana qədər işləməlidir”.

Millət vəkilinin sözlərinə görə, həm də pensiya almaq üçün vətəndaşın ən azı 25 il işləməsi vacib olacaq: “Bu məsələdə müxtəlif yanaşmalar var. Bəzi ölkələrdə bunun üçün 15 il, bəzi ölkələrdə isə 20 il tələb olunur. Bizdə 25 il olması qərara alındı”.

Həmçinin yeni dəyişikliklərə görə, qadınlar və kişilər üçün pensiya yaşı 65-ə qaldırılıb: “Yaşı 65-ə çatıb pensiya ala bilməyən insanlar işləyə bilməyəcəklərsə, müxtəlif müavinətlərə ümid edə bilərlər”.

Millət vəkili, bütün bunlarla yanaşı, qanuna yeni düzəlişlərdə müsbət məqamın da olduğunu bildirir. Onun sözlərinə görə, qanuna düzəlişlərin əvvəlki redaksiyasında pensiya yaşına çatmış vətəndaşın pensiya çıxması üçnü ən azı 12 il iş stajının olması vacib idi, indi isə belə tələb yoxdur. Yəni vətəndaş 5 il işləyib DSMF-ə 16 min ödəsə, yaşı 65-ə çatdıqda çatdıqda pensiya ala bilər.

Bunlar millət vəkilinin fikridir. Amma Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında gələcəkdə ölkə vətəndaşlarının təxminən yarısının pensiyadan məhrum olacağını bəri başdan ehtimal etmək olar.

Statistikaya görə, ölkədə 6,3 milyon əmək qabiliyyətli adam var. Bunların 4,7 milyonu məşğuldur. Qalan 1,6 milyon adam evdar qadınlar və qohumların yardımı ilə yaşayan işsizlərdir, yəni DSMF-ə ödəniş vermirlər. Məşğul əhalinin 1,7 milyonu kənd təsərrüfatında çalışır, onlar da DSMF-ə ödəniş vermir. Beləliklə, əmək qabilyyətli 6,3 milyon adamdan yalnız 3 milyonu, yəni 48%-i pensiya yala biləcək. /İstiPress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar