Dünyanın ən kasıb prezidenti şoka salan açıqlamalar verib - “Avropa siyasətində ağıllı adam görmürəm”

Dünyanın ən sadə həyat tərzi sürən və kasıb prezidenti - Uruqvay rəhbəri Xose Muxikanın İspaniyanın “La sexta” telekanalına müsahibəsi böyük səs-küyə səbəb olub. AzPolitika.info-nun məlumatına görə, proqramda prezidentə sual verilib ki, Avropa ölkələrinin rəhbərləri var-dövlət içində yaşadıqları bir zamanda, siz nə üçün bu cür sadə həyat tərzi sürməyə üstünlük verirsiz?

Müsahibəni də 79 yaşlı Muxika neçə illərdir yaşadığı, olduqca sadə bir evdə verib. Uruqvay prezidenti dünyada və ölkədə baş verən hadisələr haqqında öz baxışlarını bölüşüb. Əsasən Muxika sadə vergiödəyicilərinin sayəsində varlanmaq niyyətində olan dövlətlərin rəhbərlərini tənqid edib:

“Bir çox dövlətlərin liderlərinin necə yaşadıqları məni dəhşətə gətirir. Ölkədə aclıq və safalət olsada özləri daha zəngin həyat tərzi yaşamağa üstünlük verirlər. Həmin zənginlər isə əlbəttə ki, xalqın olduqca az bir hissəsidir. Mən bunu anlamıram. Mənim aləmimdə əgər biz demokratiyanın tərəfdarı olduğumuzu bəyan ediriksə, o zaman biz xalqın çoxu necə yaşıyırsa, elə yaşamalıyıq. Bir küt zəngin kimi yox. Mən də düşündüyüm kimi yaşayıram”.

Proqramının aparıcısı sual verərək prezidentən bu cür yaşam tərzinin asketik tərəflərini izah etməsini istəyib. Muxika cavab verib:  “Mən “asketizm” sözünü işlətmək istəməzdim. Çünki bu söz Avropada artıq vulqar sözə çevrilib. Mən aza tabe olaraq yaşayıram. Əlavə xərclər etmədən. Bunu da vacib məsələləri həll etmək üçün zamanım olması üçün edirəm. Mənim prezident igamətgahım var. Orada 42 çalışan xidmət edir. Onlar mütəmadi olaraq əmək haqqı alırlar. Amma mən orada yaşamıram. Oranı bağlaya bilmərəm, çünki məni heç kəs anlamaz. Həm də bu qanunvericiliyə zidd olardı”.

Uruqvay prezidentinin sözlərinə görə, dövlət rəhbərliyi xalqla arasına məsəfə qoyanda, xalq siyasətə nifrət edir.

Ümumiyyətlə Uruqvay prezidentinin bir sıra etirafları ispan xalqını  şoka salıb.

Onlardan bir neçəsini təqdim edirik:

“Avropa indi də keçmişlə yaşayır. Sanki Avropa insanın yaranışının episentri olub. Lakin zaman dəyişir və dünya da dəyişib. Mən hazırki Avropanı çirkaba bulanmış vəziyyətdə görürəm. Lakin avropalıların o çirkabdan öz intelektual potensiallarına güvənərək çıxmaq şansları var. Məni ən çox Avropanın hazırda yürütdüyü siyasət narahat edir. Avropa siyasətçiləri həmişəki kimi cəfəngiyyat danışmağa davam edir”.

“Mən Avropa siyasətində bir ağıllı adam görmürəm. Bu məni dəhşətə gətirir. Mən sadəcə lazımsız qeyri-müstəmləkəçilik zərbələrini görürəm”.

“Siyasətdə vacib olan intelektual düzgünlükdür. Əgər o yoxdursa, qalan heç nəyin əhəmiyyəti yoxdur”.

“Xeyirxah məmur obrazı – demoqoqluğa çevrilmiş siyasi konstruksiyadır”.

“Qalstuk lazımsız əski parçasıdır, hansı ki, biz onu boynumuza bağlayırıq. Mən istehlakın düşməniyəm. Həddindən artıq istehlaka yol vermək insanı öz öhdəliklərini unutmasına səbəb olur və öz gücünü əhəmiyyətsiz şeylərə sərf edir. Bu tərzdə yaşayan insan heç bir zaman xoşbəxtlik nədir bilməz”.

“Siyasətdə həmişə nəhəng məhdudiyyətlər olur: birincisi, müxtəlif maraqların kəsişdiyi kapitalizm, ikincisi, hüquqi məsələlər. Hazırda cəmiyyətin bütün hüquqi strukturu kapitalizm əsasında yaranıb”.

“Mən 90% gəlirimi sosial ehtiyaclara ödəyirəm. Yaşamaq üçün isə özümə cəmi 2000$ saxlayıram”.

“Uruqvayda biz istehsal və sosial sahələrdə investisiyaların stimullaşdırılmasına böyük önəm veririk”.

“Büdcənin böyük hissəsini biz marixuananın leqallaşdırılmasına sərf edirik. Biz narkotik satıcılarının gəlirlərinin bir hissəsini geri götürməklə, onları narkotik alverinə qarşı istifadə etmək niyyətindəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar