Hacıqabulda zəncirvari qəza baş verib, 1 nəfər yaralanıb

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun “Sever” adlanan ərazisində qeydə alınıb.

Üç avtomobilin zəncirvari şəkildə toqquşması nəticəsində Bakı şəhər sakini, 21 yaşlı Gülüstan Cavanşir qızı Xudiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar