54 min “Nissan” avtomobili zay çıxdı - Geri çağırılır

Yaponiyanın məşhur avtomobil istehsalçısı olan “Nissan” 54-mindən artıq avtomobilini geri çağırmaq barədə qərar verib.

Virtualaz.org “Associated Press” agentliyinə istinadən xəbər verir ki, buna səbəb avtomobillərdə quraşdırılmış hava yastıqlarının problemli olmasıdır.

Belə ki, hava yastıq1larının ötürücülərində olan yanlışlıq üzündən onlar sadəcə qapı çırpılarkən belə açıla bilərlər.

Mənbənin bildirdiyinə görə, problem əsas etibarilə 2012-ci ildə istehsal edilmiş “Versa” modelində rast gəlinir. Onları satış mərkəzinə qaytararaq yenisi ilə dəyişmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar