Polkovnik qardaşı vəfat etdi - Xalq artistinə ağır itki 

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Nurəddin Mehdixanlının qardaşı, polkovnik Ələddin Quliyev 59 yaşında vəfat edib.

Ölke.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib:

”Ələddin Quliyev Moskva Hərbi Aviasiya Akademiyasını bitirib. Sovet ordusunun tərkibində Kubada, Efiopiyada, Özbəkistanda və Əfqanıstanda zabit kimi xidmət keçib. Əfqanıstan müharibəsində iştirak edib. Qarabağ müharibəsində kəşfiyyat komandiri olub. Polkovnikə Allahdan rəhmət diləyir, Nurəddin müəllimə, onun yaxınlarına və doğmalarına səbr arzulayıram. Yeri behişt olsun!”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar