Norveçdə dünyanın ilk gəmi tuneli inşa edilir

Norveç dünyanın ilk gəmi tunelini inşa edir.

Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Norveçin qərb sahilində inşa ediləcək tunel 260 milyon avroya başa gələcək.

Tunelin inşasında məqsəd qış aylarının çox soyuq keçdiyi və tez-tez qəzaların baş verdiyi Stad yarımadasının ətrafından gəmilərin keçidinin qarşısını almaqdır. Yarımadanın altından keçəcək tunelin 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Tunelin hündürlüyü 45 metr, eni 36 metr, uzunluğu isə 1,7 kilometr olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar