Ədliyyə Nazirindən Hollandiyaya sərt reaksiya

Bekir_Bozdag_090312Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Hollandiyanın atdığı addımlara sərt reaksiya verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir bununla bağlı Twitter hesabı paylaşım edib.

“Əgər Hollandiya hökuməti və siyasətçilər bu ifratçılığa qarşı çıxmasalar, yaxın gələcəkdə onlar da danışa bilməyəcəklər. Hollandiya hökumətinin etdiyi demokratiya və insan haqlarının qəbrə basdırılması, faşizm ilə Nasizmin yenidən canlandırılmasıdır. Aİ və Avropa Şurası rəsmiləri və insan haqları müdafiəçiləri, Hollandiyada dirildilən faşizm və Nasizmlə bağlı niyə susurlar?”,-deyə nazir paylaşımında vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Rotterdamda planlaşdırılan çıxışı Hollandiya tərəfindən ləğv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar