HOLLANDİYADA POLİS VƏHŞİLİYİ! - Türklərə qarşı! (VİDEO + FOTO)

 

Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın saxlanıldığı üçün etiraz edən türklərə güc tətbiq edib.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiya hökumətinin maneələrinə qarşı nazir Kayaya dəstək vermək üçün bölgədə olan türk vətəndaşlarının üzərinə təzyiqli su sıxılan müdaxilədə, çox sayda polis iti istifadə edilib.

Vətəndaşlardan bəziləri polis itlərinin hücumuna məruz qalarkən, çaxnaşma əsnasında bəzi nümayişçilər aldıqları zərbəylə şüurunu itirərək yerə düşüb. Atlı polislərin qatıldığı müdaxilədə, aralarında türk jurnalistlərin də iştirak etdiyi mətbuat nümayəndələri təhlükəsizlik güclərinin fiziki şiddətinə məruz qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar