"DEYİR, CAVİD QURBANOVUN TAPŞIRIĞI İLƏ REYSLƏRİ SATIR" - FOTOLAR

“Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv edilib, özü vəzifədən kənarlaşdırılsa da onun əlaltıları yerlərdə vəzifələrdə hələ də "at oynadırlar". Nəticədə də biz sakinlər belələlərini qanunsuz əməllərindən əziyyət çəkirik". Bu barədə "AzPolitika.info" saytına Ucar rayon "Dəmir Yolu yaşayış binası"nın sakinləri tərəfindən göndərilən məktubda bildirilir.

Məktubda daha sonra qeyd olunur:  "Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin rəhbərliyi ilə Ucar rayonunun Oğuz küçəsi ərazisində dəmir yolu relslərinin tikintisi aparılır. Tikintinin bütün tullantıları 50 ailənin yaşadığı Dəmir Yolu yaşayış binasının kanalizasiyasıa töküldüyündən çirkab sular həyətlərə dolub. Nəticədə də acınacaqlı bir vəziyyət yaranıb. Çirkab sularının yaratdığı dözülməz antisanitariya ciddi xəstəliklər yaradacaq. Çıxarılan köhnə reyslər, qazılmış daş qarışıq torpaqlar Şəmsəli Quliyev tərəfindən qanunsuz olaraq satılır. Daşınmaya ayrılan pullar isə Şəmsəli Quliyevə çatır. Onun rəisi olduğu Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsi Hacıqabıldan-Ucar rayonunun Alı kənd dəmir yolu stansiyasına qədər məsafəni əhatə edir. Baş İdarə isə Kürdəmir rayonunda yerləşir.

Şəmsəli Quliyev sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamıdır. Hətta indidə  onun Ziya Məmmədova hesabat verdiyi deyilir. Şəmsəli Quliyevi hamı rels alverçisi kimi tanıyır. Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəsisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xətləri çəkilmişdir. İndi həmin idarə və müəssisələrin bir neçəsi işləmədiyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şəmsəli Quliyev həmin dəmir yolu relslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır.

Şəmsəli Quliyev Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanovu gözdən salmaq üçün belə talançılıqla məşğuldur. Hər yanda isə  deyir ki, guya Cavid Qurbanovun tapşırığı əsasında reysləri satır. Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin 3 rayondakı idarəsində adları işdə gedib özləri başqa işlərlə məşğul olan çoxlu sayda vətəndaşın maaş kartları Şəmsəli Quliyevdədir. Onun fəaliyyəti obyektiv yoxlanılarsa küllü miqdarda dövlət əmlakını mənimsədiyi üzə çıxacaq. Xahiş edirik dövlət buna nəzarət etsin".

Məktub  Ucar rayon Dəmir Yolu yaşayış binasının sakinləri Əliyev Səməd Şükür oğlu, Qasımov Fərhad Kamil oğlu, Pənahov Nazim Məmməd oğlu, Yusifov Süleyman Alı oğlu  və Hüseynov Bəhlul Fikrət oğlunun adından göndərilib.

P.S. Məktubda səslənən itihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar