Əsəd ABŞ, İsrail və Avropa ölkələrini terrorçuları dəstəkləməkdə ittiham edib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriyanın Prezidenti Bəşər Əsəd Amerika Birləşmiş Ştatlarını (ABŞ) və Avropa ölkələrini terrorçuları dəstəkləməkdə və siyasi prosesin təmin olunması məsələsində fəaliyyətsizlikdə ittiham edib. Bu fikiri o, «TG-Com» xəbər portalına musahibəsində səsləndirib.

«Suriyada sonsuz terror hücumları baş verir. Nə qədər ki, terrorçular qalır, suriyalılar təhlükəsizlikdə ola bilməzlər. Ancaq sual onlan idarətdir ki, terrorçuları kim dəstəkləyir? Bu sualı Suriyanın dağıdılmasına və terrorçuluğun yayılmasına imkan yaradan, bunun məhsulu olaraq Avropaya axışan miqrasiya dalğalarını əldə edən Qərb hökumətlərinə vermək lazımdır» - deyə, Əsəd qeyd edib.

«Əgər biz, ABŞ-ın mərkəzi mövqe tutduğu Avropadan və Qərbdən danışırıqsa, demək lazımdır ki, onların rolu terrorçuları dəstəkləməkdən ibarət olub. Onlar siyasi proses üçün konkret heç nə etmilər, onlar yalnız danışırlar.

Bununla yanaşı Suriya lideri İranın pozitiv rolundan da danışıb: «Terrorçularla mübarizədə, siyasi planda, daxili və xarici siyasət məsələlərində İran bizi dəstəkləyir. İsrail isə əksinə, terrorçuları həm logistika sahəsində dəstəkləyir, həm də sərhəddə bizim hərbi hissələrimizə birbaşa hücumlar təşkil edir».

00:00

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar