Tramp aprel ayında Si Tszinpinlə görüşəcək - KİV

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp aprel ayında Palm-Biçdəki «Mar-a Laqo» malikanəsində (Florida ştatı) Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpinlə görüşməyi planlaşdırır.

Bu barədə xəbəri Prezidentin ətrfındakı mənbəyə istinadla, bazar ertəsi «Axios» xəbər portalı yayıb.

İlkin məlumata görə, iki lider arasında danışıqlar 6-7 aprel tarixində baş tutacaq və isttsnasız olaraq, işgüzar xarakter daşıyacaq.

Portalın yazdığına görə, bu dəfə qolf oynamaq olmayacaq. Nəşr bununla, fevralda Yaponiyanın Baş naziri ilə keçirilmiş görüşü xatırladıb. Həmin görüş zamanı Tramp Sindzo Abe ilə qolf oynamışdı.

Fevralın 9-da ABŞ və Çin liderləri telefon danışığı zamanı bir-birini rəsmi səfərə dəvət edib. Bundan sonra ÇXR Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lu Kan xəbər verib ki, onlar artıq yaxın vaxtlarda görüşə bilərlər.

«Dövlət başçılaraı tezliklə baş tutacaq görüşü gözləyirlər. Tərəflər işgüzar qayada iki ölkənin yüksək səviyyəli qarşılıqlı fəaliyyəti istiqamətində sıx əlaqə saxlayırlar» - deyə, diplomat qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar