“Morninqstarın ünvanına ittihamlar paranoyyadır”- ABŞ-dan reaksiya

ABŞ bu ölkənin səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan hökumətini tənqid etdikdən sonra rəsmi Bakının ona qarşı ritorikasının sərtləşməsini diqqətlə izləyir.

Səfirin insan hüquqları, korrupsiya sahəsində problemlərin həll olmamasının, islahatların aparılmamasının sosial partlayışa səbəb ola bilməsi barədə bəyanatından sonra rəsmi Bakı səfiri daxili işlərə qarışmaqda və Vyana Konvensiyasını pozmaqda ittham etməkdən başqa yaxşı bir şey tapmadı.

Yavaş-yavaş rəsmi Bakı Azərbaycanda narazılığın maliyyələşdirilməsi və idarə olunmasında, həmçinin ən dost münasibətlərdə olduğu İran və Rusiya ilə münasibətləri pozmağa cəhd göstərilməsində ABŞ-ı günahlandırmağa başladı.

Hələlik ABŞ Dövlət Departamenti bu ittihamları şərh etmir. Eyni zamanda yerli analitiklər Bakının reaksiyasından təəccübləniblər, belə ki, Morninqstarın fikirləri dürüst və yerində, ölçülüb-biçilmiş fikirlər olub.

Texaslı professor Tkaçik "Turan"ın Vaşinqton müxbirinə müsahibəsində səfirin bəyanatında dörd əsas məqamı göstərib.

“Ən mühüm olanı – bütün səviyyələrdə korrupsiyanın Azərbaycan iqtisadiyyatını boğmaqda olmasına, irəliləyişin aşağı səviyyədə olmasına səfirin işarəsidir”, - o qeyd edib.

Əgər heç kim yenilik etmir və biznesə başlamaq istəmirsə iqtisadiyyat inkişaf etməyəcək. Korrupsiya səbəbindən bunu çox az adam edə bilər. Çünki bu, buznesin aparılması üçün xərcləri artırır və əngəl yaradır.

İkinci mühüm məqam liberal islahatlar və demokratiyadır.

“Obama administrasiyası hesab edir ki, liberal demokratiya ABŞ-ın və Azərbaycan xalqının uzunmüddətli maraqlarına xidmət edir. Bu o deməkdir ki, ABŞ uzunmüddətli oyun oynayır və uzunmüddətli yanaşmanın yollarından biri vətəndaş cəmiyyətinin qurulmasıdır”, - Tkaçik bildirib.

Üçüncü mühüm problem Dağlıq Qarabağdır. Nə qədər ki bu məsələ həll olunmayıb, demokratiyadan danışmaq çətindir.

Məmurlar hər zaman deyə bilər ki, demokratiya milli təhlükəsizlik naminə gözləyə bilər. Bütün hökumətlər bu cür arqumentlər gətirir. Lakin bu, adi spekulyasiyadır.

Digər bir məqam var: ABŞ-ın demokratiyadan başqa gizli maraqları var.

ABŞ istəmir ki, Rusiya Azərbaycan üzərində nəzarəti bərpa etsin. ABŞ istəyir ki, enerji daşıyıcıları Avropaya və başqa bazarlara daxil olsun. AB, İranın güclənməsini istəmir. ABŞ Bakıda liberal demokratiyaya üstünlük verir.ABŞ Azərbaycanın müstəqilliyi ilə risk etmək istəmir. Amerikanın maraqları budur.

Səfir Morninqstarın bəyanatı ilə bağlı Bakıda dövlət məmurlarının bəyanatlarına toxunan Tkaçik onları “gülünc” adlandırıb.

Daxili işlərə qarışmaq ittihamı bir qayda olaraq o deməkdir ki, dövlət öz vətəndaşlarının hüquqlarını pozur və bunu davam etdirmək istəyir. Yəni, hakimiyyətin gizlədəcək və qorxacaq bir nəsnəsi var.

Məsələn, Çin “daxili işlərdə suveren hüquqların” müdafiəsinin tərəfdarıdır, çünki Çin öz vətəndaşlarının hüquqlarını inkar edir. Məmurlar üçün şəxsi hakimiyyət başqalarının azadlığından daha önəmlidir. “Belə ölkələrdə hakimiyyət bir qayda olaraq, daha çox önəm daşıyır, nəinki sadə hakimiyyət, çünki daha çox mənfəət əldə etməyə, yəni korrupsiya ilə məşğul olmağa imkan verir”, - Tkaçik vurğulayıb.

Beləliklə, vətəndaş cəmiyyəti Qərb tərəfindən maliyyələşdirilir (başqa kim bunu edəcək?) ki, insanlar uzunmüddətli perspektivdə demokratik islahatlar həyata keçirsinlər. Hakimiyyət məhz bu məqsədi açıqlayıb, əgər başqa məqsədlər varsa açıq bəyan olunmalıdır.

Yeni Maydan barədə qorxulara gəlincə, bunlar tamamilə əsassızdır, bu, sonda Azərbaycanın müstəqilliyinin itirilməsinə gətirib çıxara bilər.

Ukrayna hadisələri fonunda regional problemlərdən danışan professor deyib ki, Rusiyanın Azərbaycan üzərində hökmranlığını bərpa etməyə cəhd göstərməsi ilə bağlı situasiyanı təsəvvür etmək olar.

“Rusiya Krımı işğal edəndə Qara dənizdə enerji resurslarını əldə etmək imkanları da qazandı. Azərbaycan nəinki enerji resurslarına, həm də boru kəməri infrastrukturuna malikdir. Rusiya boru kəməri infrastrukturu uğrunda da mübarizə aparır”, - Tkaçik hesab edir.

Azərbaycan Yaxın Şərqə daha asan daxil olamq mühüm geosiyasi duruma malikdir. Gürcüstan və Ukrayna artıq Rusiya intervensiaysının qurbanları olublar. Bakı ABŞ-dan aralanarsa Azərbaycana təzyiq göstərmək Putin üçün asan olacaq. Məhz bu səbəbdən Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Çünki belə olan halda onun regionda vəziyyətə müdaxilə etmək şansı az olacaq.

Əgər Azərbaycan Ermənistanla ümumi dil taparsa, Rusiyanın intervensiyası üçün istənilən əsasları aradan qaldırmaqdan ötrü ABŞ öz sülhməramlı qüvvələri ilə Qarabağda təhlükəsizliyə zəmanət verilməsini təklif edə bilər. Əks halda Rusiya böhranı gələcəkdə də saxlaya bilər. “Böhranın davam etməsi Putinin regiondakı maraqlarına xidmət edir”, - analitik vurğulayıb.

“ABŞ istəmir ki, Azərbaycan dövlət kimi yox olaraq Rusiya və ya İranın təsiri altına düşsün. ABŞ istəyir ki, Azərbaycan daha da liberal olsun. Lakin hakimiyyətin çox vaxt atdığı addmlar buna əngəl törədir”, - Tkaçik bildirib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar