XALQ ŞAİRİNİN OĞLU QƏTLƏ YETİRİLİBMİŞ! - Təfərrüatları məlum oldu (Yenilənib)

Xalq şairi Fikrət Qocanın oğlunun qətlinin bəzi təfərrüatları məlum olub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə baş verməzdən əvvəl Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər.

Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. E.Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib.

****

Bakıda meyiti tapılan şəxsin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Qeyd edək ki, Yalçın Fikrət oğlu Qocayev xalq şairi Fikrət Qocanın oğludur.

“Yalçının döyülərək öldürülməsi xəbərini sizdən eşidirəm. Xəbərim yox idi. Bilirdim ki, yıxılıb, xəsarət alıb, dünyasını dəyişib" - deyə, APA-ya açıqlamasında Fikrət Qoca deyib.

Onun sözlərinə görə, Yalçın Qocanın düşməni olmayıb: "Polis məsələnin təfərrüatını açar, mən də bilərəm ki, hadisə necə olub. Mənim düşmənim yoxdur. Yalçının da düşməni olmayıb. Başını aşağı salıb işləyən, yazısını yazan adam idi. Polis də bu günlər ərzində mənə heç nə deməyib. Heç şübhələnmirdim də bu kriminal hadisə ola bilər, onu öldürə bilərlər". 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar