DOLLAR YENİDƏN UCUZLAŞMAĞA BAŞLADI - İqtisadçı səbəblərini açıqladı

dollar-3Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7279 səviyyəsində formalaşıb. Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,91% bahalaşıb. İqtisadçı Natiq Cəfərli dolların ucuzlaşma səbəblərini şərh edib.

Onun sözlərinə görə, hərracda dolların az da olsa ucuzlaşaraq rəsmi məzənnənin 1,7279 olmasının səbəbləri 3 amillə bağlıdır:

"Birinci amil: Mərkəzi Bank manat kütləsini azaldıb – bu isə iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir.

İkinci amil: Novruz bayramında İrandan və Ərəb ölkələrindən 20-30 min turist gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər.

Üçüncü amil: Banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub, dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar.

Əslində dolların ucuzlaşmasına sevinməliyik, amma mütəxəssis kimi bunun nədən baş verməsini anlamağa çalışırıq ki, insanlara da izah edə bilək”.

İqtisadçı dolların nə zaman ucuzlaşa biləcəyinə də aydınlıq gətirib: "Dollar ucuzlaşan zaman ölkənin ixracatı artır, valyuta gəlirləri artır; ölkədə daxili istehsal artır, idxaldan asılılıq azalır; ölkəyə böyük həcmdə valyuta gətirən investorlar gəlir, bununla da valyuta ucuzlaşır. Amma bu 3 amilin heç biri hazırda müşahidə olunmur.

Bəs əslində nə baş verir?

1. FED faiz artırımına gedir – dollar dünyada bahalaşır.

2. Neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə 12% dəyər itirib – ölkəmizin gəlirləri azalıb.

3. Ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4% azalıb, həmin dövrdə inflyasiya 13%-ə çatıb, ərzaq inflyasiyası 16% olub.

Deməli, ölkədə dolların möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur, tam tərsinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır”.

Natiq Cəfərli qeyd edib ki, bütün iqtisadi göstəricilər və iqtisadi məntiq onu deyir ki, 2017-ci ildə dollar 2 manatı keçəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar