UNİVERSİTETDƏ MAAŞLAR VERİLMƏYİB - Ancaq çal-çağırdır!

Bakı Slavyan Universitetindəki neqativ hallarla bağlı xeyli məqalələr yazılıb. Bu Universitetə yeni rektor təyin olunmuş Nurlana Əliyevanın adı Ginnesin rekordlar kitabına düşə bilər - təyin olunandan bir neçə gün sonra Təhsil Nazirliyinin Kollegiyasından aldığı sürətli töhmətə görə. Yəni heç bir rektor belə sürətli töhmət almayıb.

Bu universitetdən saytımıza daxil olan məlumata görə Universitetin professor-müəllim heyəti bayrama bir neçə gün qalmasına baxmayaraq, hələ də maaş almayıb. “Halbuki digər Universitetlərdə maaşlardan əlavə əməkdaşlara müəyyən məbləğdə mükafatlar da verilib. Deyəsən təmirin əks-effekti artıq özünü göstərməyə başlayıb. Buna baxmayaraq Universitetdə serial çal-çağırlar düzənlənir. Müəllimə verməyə pul tapa bilməyən Universitet rəhbərliyi pulu müğənnilərə səpir. Diqqət edin, Slavyan universitetinin bu təfəkkürdə rektoru var. Universitetin arxa və qabaq tərəfi tikinti meydançasına oxşayır. Belə getsə Nurlana xanım rektorluğunun sonuna qədər təmir-tikinti işləri ilə məşğul olacaq. Müəllimlər isə maaş həsrətində. Universitetdə keçirilən konsert tədbirlərinin birində prorektor Rafiq Novruzovun füsünkar rəqsi gələn Novruza qədər yaddaşlardan silinməyəcək. Bu adamdan soruşan gərək: hansı gününüzə oynayırsan, ay Rafiq müəllim?! Mənbə bildirir ki, Rafiq Novruzov hələm-hələm qol götürüb oynayan adam deyil. Professor-müəllim heyətindən fərqli olaraq, rektor və prorektorların deyəsən maaşa ehtiyacları yoxdur. Rafiq müəllimdə rəqsə motivasiya yaradan deyəsən elə bu səbəbdir”.

İ. Quliyev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar