MEYİTİ TAPILAN TƏLƏBƏ QIZLARIN ADLARI MƏLUM OLDU - Fotolar (YENİLƏNİB)

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

[gallery size="full" ids="303601,303602,303603"]

* * *

Xırdalanda faciə baş verib.

Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb.

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Faktla bağlı araşdırma aparılır.

* * *

Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.

Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar