AzTV-nin OFŞOR ŞİRKƏTLƏRİ NECƏ YOXA ÇIXIR? - Alışanovla bağlı ŞOK İDDİALAR

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xarici şirkətlərlə şişirdilmiş qiymətlərlə müqavilə bağlaması barədə ABŞ qəzetlərində çap olunmuş araşdırmalardan sonra ölkədə bir çoxlarını təşvişə salıb. Dövlətin milyonlarla vəsaitini mənimsəmiş bəzi qurumların rəhbərləri apardıqları qanunsuz maliyyə əməliyyatlarının izlərini itirməyə çalışırlar. 24saat.org saytının AzTV-dən aldığı məlumata görə, son günlər sədr Arif Alışanov da təlaş içində bu problemi həll etməyə girişib. Xəbər verilir ki, AzTV-nin son on bir ildə dövlətdən aldığı 704 milyon manat vəsaitin təxminən 158 milyonuəsasən naməlum xarici şirkətlər vasitəsilə “xərclənib”.

Mənbənin verdiyi məlumata görə, A.Alışanov belə faktların detallı şəkildə üzə çıxmaması üçün xüsusi elçiləri vasitəsilə Maliyyə Nazirliyinin və Hesablama Palatasının saytlarında AzTV-nin maliyyə əməliyyatları ilə bağlı məlumatları sildirməyə çalışır. Maliyyəçi sədrin ən ciddi problemi isə Satınalamalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasındakı məlumatlarla bağlıdır. Alışanovun son 5-6 ildəki alqı-satqılarının siyahısı və ofşor şirkətləri ilə apardığı əməliyyatlar barədə əsas bilgilər, məhz bu məlumat bazasındadır.

Həmin bazadakı məlumatlara görə AzTV son illərdə Bırləşmış Ərəb Əmirlikləri (BƏƏ), Meksika, hətta İndoneziya şirkətlərindən teleradio avadanlığı alıb. Qəribə burasıdır ki, həmin şirkətlərin çoxu AzTV ilə 6-7 milyon dollarlıq alqı-satqı aparandan sonra yoxa çıxıblar. Məsələn, telekanal 2011-ci ildə avadanlıq almaq üçün ayrılmış 6,6 milyonvəsaitin 1 milyon 144 min manatına Vircinya adalarında qeydiyyatdan keçmiş, amma adicə veb-saytı belə olmayan “Broadcast Premium Solutions Ltd”dən guya virtual studiya, 3G şəbəkə sistemi, videokasetlər və s. alıb. Nə baş veribsə, bu “uğurlu” əməliyyatdan az sonra həmin şirkət yoxa çıxıb.

 

[caption id="attachment_303743" align="aligncenter" width="874"]

satınalamalar üzrə Dövlət Agentliyinin 2011-ci il müsabiqə reyestrindən çıxarış[/caption]

Alışanovun videokaset üçün 972 689 manat verdiyi podratçı “Quattro Technologies İnc” şirkəti də müəmmalı şəkildə eyni taleni yaşayıb. Yaxud “Sandler Expert Limited”, guya Yeni Zelandiyada yerləşən bir şirkətdir. Opencorporates.comsaytında 2008-ci ildə yaradıldığı, 6 iyul 2011-ci ildə bağlandığı göstərilir. Şirkət Alışanovla 296 000 dollarlıq sövdələşmədən sonra ləğv olunub. AzTV-dəki mənbə sonuncu qurumdan faktiki olaraq heç nə alınmadığını və belə yalançı şirkətlərin yalnız pulların nağdlaşdırılması məqsədi ilə yaradıldığını bildirir.

[caption id="attachment_303744" align="aligncenter" width="791"]

Satınalamalar üzrə Dövlət Agentliyinin 2011-ci il müsabiqə reyestrindən çıxarış[/caption]

Verilən məlumata görə hazırda A.Alışanov BƏƏ-nin ofşor zonalarındakı ticari işlərə aidiyyatı olmayan “Polygon…”, “Gentech Fze” və adı heç bir axtarış sistemində çıxmayan “Rubicon General Trading LLC” şirkətləri ilə apardığı maliyyə əməliyyatları barədə baza məlumatlarını sildirməyə çalışır.

[caption id="attachment_303748" align="aligncenter" width="743"]

Satınalamalar üzrə Dövlət Agentliyinin 2012-ci il müsabiqə reyestrindən çıxarış[/caption]

Reyestr- 2012 –Faylı yükləmək üçün üzərinə sıxın )

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar